Allahyarov Elman Ağa oğlu 1957-ci ildə Xaçmaz rayonunda anadan olub. 1964-74 ci illərdə Xaçmaz rayonunun Aşağı Zeyid kənd orta məktəbində oxuyub.1975-79-cu illərdə Sumqayıt şəhərində əmək fəaliyyəti ilə məşğul olub. 1975-77-ci illərdə hərbi xidmətdə olub.
1979-cu ildə Ulu öndər H.əliyevin təsisi etdiyi “inaqorodniye vuzi”layihəsi çərçivəsində eksperiment yolu ilə Postov vilayətindəki Noveçerkassk Meliorasiya Mühəndisləri institutunun Meşə təsərrüfatı fakultəsinə daxil olub.
1984-cü ildə həmin institutu əla qiymətlərlə bitirib. Təyinatla Azərbaycana-Quba Meşə təsərrüfatına-meşəçi mütəxəssis kimi gəlib.
1985-90-cu illərdə Quba Meşə təsərrüfatında Alpan Meşəçiliyinin müdiri, 1990-97-cı illərdə Meşə təsərrüfatının direktoru vəzifəsində işləyib.
1997-2001-ci illərdə Xaçmaz rayon Yalama Meşə təsərrüfatının Xudat Meşəçiliyinin müdiri işləmişəm.
2001-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2004-cu ilin bələdiyyə seçkilərində iştirak edərək Xudat bələdiyyəsinə üzv seçilib. 2005-ci ilin 14 yanvarından hazırki dövrədək Xudat bələdiyyəsinin sədridir.
2011-ci ildə prezident ilham əliyev tərəfindən Xaçmaz rayonunun sosial-iqtisadi həyatında fəal iştirakıma görə “Tərəqqi” medalı ilə təltif olunub.
1988-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyyasının Coğrafiya instutunun “Meşə torpaqları” şöbəsində aspiranturanı oxuyub.
Bir sıra elmi məqalənin müəllifidir.