Xaçmaz rayonu Xudat bələdiyyəsinin
2020-ci ilin altı aylıq fəaliyyəti barədə
bələdiyyənin sədri Elman Allahyarovun
Hesabatı
Ölkəmizdə aparılan sosial-iqtisadi inkişaf prossesində bələdiyyələr yaxından iştirak edərək həyati vacib məsələlərin həllində,əhalinin sosial müdafiəsinin gücləndirilməsində bələdiyyə vətəndaş münasibətlərinin formalaşdırılmasında bələdiyyələr üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Xudat bələdiyyəsi də öz fəaliyyətində “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının qanununa və digər normativ hüquqi aktlara əsasən öz işini qurur.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə uyğun olaraq bələdiyyələr öz fəaliyyətini iclaslar və daimi komissiyalar vasitəsilə həyata keçirir.
“Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-ci maddəsinə əsasən bələdiyyələrin iclasları ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağrılır.
2020-ci ilin altı ayı ərzində bələdiyyənin 9 iclası keçirilmiş,36 məsələ müzakirə olunmuş və qərarlar qəbul edilmişdir.
2020-ci ilin altı ayı ərzində bələdiyyənin yerli büdcəsi Azərbaycan Respublikasının “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna uyğun formalaşdırılmışdır.
2020-ci ilin altı ayı ərzində bələdiyyənin yerli büdcəsinin gəlir hissəsi 37331 manat olmuşdur.
Bu əsasən:
-fiziki şəxslərdən torpaq vergisi üzrə 4148 manat
-fiziki şəxslərdən əmlak vergisi üzrə 11371 manat
-bələdiyyə torpaqlarının özəlləşdirilməsindən gəlirlər üzrə 10580 manat -Bələdiyyə torpaqlarının özəlləşdirilməsi məqsədilə sənədlərin
hazırlanması üçün ödənilən avans 10000manat
-torpaqların icarəsindən ------ manat
-sair gəlirlər 1232 manat
-xərclərin ödənilməsi üçün Dövlət büdcəsindən
alınmış dotasiya ---------
2020-ci ilin altı ayı ərzində yerli büdcənin xərclər hissəsinin icrası 36284 manat olmuşdur.
O cümlədən:
- Xudat şəhəri şəhriyar küçəsi ev 16 sakini 1-ci qrup əlil Cəlilov Vahid
Babali oğlunun evinin çöl tərəfindən suvaqlanmasına -1073 manat
-ş.ələkbərova və C.Məmmədquluzadə küçələrində çirkab suların
axıdılması üçün nəzərdə tutulan arxların təmizlənməsinə,
keçidlərə boruların atılmasına və küçələrə çınqıl daşların
gətirilərək yayılmasına - 453 manat
-Xudat şəhərində yerləşən qəbirstanlıqlarda təmizlik işlərinin
aparılmasına və rus qəbristanlığının hasarının təmirinə -820 manat
-Xudat şəhərinin M.Malikanə ərazisində əhalini içməli su ilə
təmin edən su xətlərinin dəyişdirilməsinə 640 manat
-Xudat şəhəri ə.Vahid küç ev 2-də yaşayan əlimuradova
Dəstəgül Abdulla qızının qaz sızmasından partlamış
evinin bərpa edilməsinə -3237 manat
-2 nəfər vətəndaşa maddi yardım -250 manat
-Xudatın 4-cü şöbə ərazisində Xudat-Xaçmaz yolunun kənarında
ağaclar üçün çalaların qazılmasına,ağacların alınaraq gətirilməsinə,
əkilməsinə suvarılmasına və diblərinə ağac
dirəklərin alınaraq vurulmasına -2310 manat
-Xudatın 3-cü şöbə yeni yaşayış massivində əhalini içməli
su ilə təmin etmək üçün su çəninin
alınıb quraşdırılmasına -850manat
-Xudat şəhərində yerləşən qəbirstanlıqların təmizlənməsinə,
hasarlarının qismən bərpa edilməsinə -350manat -Dəftərxana xərclərinə
-Enerji haqqı - 578 manat
-Təbii qaz haqqı - 415manat
-Rabitə haqqı - 232 manat
-Təqaüdün verilməsi - 500 manat
-AşBMA üzvlük haqqı - 500 manat
-internet haqqı
-Bank xidmətləri - 997 manat
-Dövlət rüsumu
-Yanacaq kompensasiya - 400manat
-işçilərə əmək haqqı - 11923 manat
-DSMF - 2322 manat
-Audit xidmətlərinin ödənilməsi - 2000 manat
-3.17 ha torpaq sahəsində kadastr xidmətinin aparılması - 2610 manat
-3.17 ha torpaq sahəsində tikinti və memarlıq idarəsinin rəyi - 100manat
-3.17 ha torpaq sahəsi üçün çıxarış və texniki sənədlərin alınması - 2917 manat
-3.17 ha torpaq sahəsinin satışı üçün dövlət rüsumu - 640 manat
-Hərracda iştirak üçün rüsum (torpaq satışı) - 24 manat
-işçilər üçün plastik kartın hazırlanması -125 manat
-Qəzet abunəsi - 18 manat vəsait xərclənmişdir.
Hesabat ilində bələdiyyədə vətəndaşların qəbulu ,onların ərizəsi və şikayətlərinə baxılması “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında Azərbaycan Respublikası qanununa Dövlət hakimiyyəti orqanlarında təklif,ərizə və şikayətlər üzrə kargüzarlığın aparılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq həyata keçirilmişdir.Hesabat ilində bələdiyyənin sədri və müavini tərəfindən 134 nəfər vətəndaş qəbul edilmişdir.Vətəndaşlardan 55 yazılı ərizə və şikayət daxil olmuşdur.Bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə yazılı və şifahi cavab verilmişdir.
2020-ci ilin altı ayı ərzində bələdiyyədən 251 məktub göndərilmişdir.
Bələdiyyə üzrə 2020-ci ilin altı ayı ərzində 11 sərəncam, 14 əmr verilmişdir.Bələdiyyəmizdə hal-hazırda 8 nəfər işçi çalışır.işçilərdən 2 nəfər bələdiyyə üzvü,digəri bələdiyyənin icra aparatında və təsərrüfat sahəsində fəaliyyət göstərir.
Bələdiyyənin daha yaxşı işləməsi üçün bələdiyyə vətəndaş həmrəyliyi vacib amildir.
Elman Allahyarov
Xaçmaz rayonu Xudat bələdiyyəsinin sədri