Xaçmaz rayonu Xudat bələdiyyəsinin
2022-ci ilin fəaliyyəti barədə
Hesabatı
Bələdiyyələr fəaliyyətlərini “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” və digər qanunların tələblərinə uyğun həyata keçirir.
Azərbaycan Respublikası Konstitutsiyasına görə bələdiyyələr öz fəaliyyətini iclaslar və daimi komissiyalar vasitəsi ilə idarə edirlər.
“Bələdiyyə statusu” haqqında qanuna əsasən bələdiyyə iclasları ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağrılır.
2022-ci il ərzində Xudat bələdiyyəsinin 19 iclası keçirilmiş, bələdiyyə fəaliyyətinə dair 90 yerli əhəmiyyətli məsələlər müzakirə olunaraq qərarlar qəbul edilmiş və il ərzində həmin qərarların icrası həyata keçirilmişdir.
2022-ci il ərzində bələdiyyənin yerli büdcəsinə “Bələdiyyənin Maliyyəsinin əsasları” haqqında qanunun tələblərinə uyğun əməl edilmişdir.
2022-ci ilin yanvarın 1-nə büdcə qalığı__ 20416 manat olmuşdur.
2022-ci ildə Xudat bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 169372 manat olmuşdur
Bu əsasən:
_ Fiziki şəxslərdən torpaq vergisi üzrə __ 8908 manat
_ Fiziki şəxslərdən əmlak vergisi üzrə __ 21163 manat
_ icarə haqqı __6300 manat
_Bələdiyyə əmlakının və torpaqlarının özgəninkiləşdirilməsindən gəlirlər üzrə __119100 manat
_ Digər xidmətlərə görə ödəniş üzrə __ 10401 manat
_ Dotasiya __3500 manat
2022-ci ildə yerli büdcənin xərclər hissəsinin icrası 163618 manat təşkil etmişdir.
2022-ci il ərzində büdcəyə daxil olmuş vəsait ümümulikdə kommunal təsərrüfat xərclərinə, sosial müdafiə, sosial təminat xərclərinə,Yerli özünüidarəetmə qurumlarının saxlanılmasına, Təhsil, Mədəniyyət və bədən tərbiyəsi xərclərinə istifadə olunmuşdur.
Bu əsasən:
Kommunal təsərrüfat xərcləri __87326 manat
1-ci şöbədə yol təmiri__460 manat
1-ci şöbənin yeni yaşayış massivində cari yol təmiri__4508 manat
Gənclik küçəsində yol təmiri__483 manat
Kovalyov küçəsində cari yol təmiri__1506 manat
əlif Hacıyev küçəsində cari yol təmiri__2001 manat
şəhid Arif Kazımov, əziz əliyev küçələrində cari yol təmiri __3600 manat
Mərkəzi Malikanədə yol təmiri__805 manat
4-cü şöbədə yol təmiri__1351 manat
3-cü şöbədə Qazi Eyvaz Mirzəyev və Babək Hüseynovun evlərinə gedən yolun təmiri__1495 manat
3-cü şöbədə yeni yaşayış massivində yol təmiri__1840 manat
3-cü şöbədə yeni yaşayış massivində yol təmiri __2156 manat
4-cü, 3-cü şöbələrin yeni yaşayış massivlərində, C.Cabbarlı və ş.Qurbanov küçələrində yolun cari təmiri__3849 manat
Xudat şəhəri Konserv Zavod qəsəbəsində su anbarının tikintisi __1934 manat
2-ci şöbədə “şəhidlər Bulağı”nın tikintisi __48263 manat
“şəhidlər Bulağı”nın ətrafının asfaltlanması__2721 manat
M.ə.Rəsulzadə küçəsində asfaltlanma işləri__4150 manat
2-ci şöbədə əhalini su ilə təmin edən borunun təmiri__525 manat
1-şöbədə əhalini içməli su ilə təmin edən suvuran matorun enerji haqqı__428 manat
1-ci şöbədə içməli su çənin təmiri__370 manat
1-ci şöbə ərazisinin zibillərdən təmizlənməsi__450 manat
Xudat-Nabran yolunun sağ tərəfində suvarma arxlarının təmizlənməsi__375 manat
4-cü şöbə ərazisində əkilmiş ağacların suvarılması və ətrafın təmizlənməsi _1356 manat
_Qazi Seyidov Anar Cavanşir oğlunun evinə qaz xəttinin çəkilməsinə boruların və mal-materialın alınmasına __2700 manat
Sosial təminat və sosial müdafiə xərcləri __ 5265 manat
Təqaüdlərin ödənilməsi __ 1650 manat
3-cü şöbə yeni yaşayış massivində imkansız ailəyə evinin isidilməsi üçün odunun verilməsi __345 manat
Babai Pərvanə Səfər qızına maddi yardım __250 manat
Nuriyeva Bacıqız Cabbar qızına maddi yardım__500 manat
Ağabəyov Məhərrəm Ağa oğluna maddi yardım__150 manat
Abdullayeva Solmaz Muxtar qızına maddi yardım__200 manat
Qazi Seyidov Anar Cavanşir oğlunun evinə gedən yolun təmirinə__2170 manat
Yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri __ 69487 manat
Rabitə xidmətlərinin ödənilməsi __ 409 manat
Qəzet abunəsi __ 906 manat
“Bələdiyyə info” xidmətləri __300 manat
Təbii qazın dəyəri __ 830 manat
Enerji haqqı __ 477 manat
Həyat sığortası __ 76 manat
Bank xidmətləri __ 699 manat
əmək haqqı __ 39834 manat
DSMF-məcburi dövlət sosial sığorta haqları __ 7570 manat
icbari tibbi sığorta üzrə sığorta haqları__796 manat
AşMBA-na üzvlük haqlarının ödənilməsi __1200 manat
Komputerlərə servis xidməti __ 632 manat
ərazi tikinti planlaşdırma__100 manat
Torpaq satışının sənədləşdirilməsi üzrə reyestr xidmətləri __4158 manat
Audit xidməti__1200 manat
əvvəlcədən avans alınmış torpaq haqqı vətəndaşa qaytarılıb (Xudiyev Rüstəm)_180 manat
Dövlət rüsumu __5145 manat
Onlayn bank xidməti 3% __4975 manat
Mədəniyyət və bədən tərbiyyəsi xərcləri __1540 manat
Nizami parkında hasarın tikintisi__490 manat
Ulu Öndərin şəklini əks etdirən pannonun təmiri, ətrafının abadlaşdırılması 850 manat
2023-cü ilin yanvarın 1-nə büdcə qalığı 26170 manat olmuşdur
Elman Allahyarov
Xudat bələdiyyəsinin sədri