"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz regional ədliyyə idarəsi seminar-müşavirə keçirib

--2017-05-03 / 05:57

Xaçmaz regional ədliyyə idarəsi bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi yönündə bölgənin rayonlarında mütəmadi tədbirlər-seminar və müşavir ələr, treninqləri davam etdirir. Bu barədə məlumatı Xaçmaz regional ədliyyə idarəsi yayıb.

Yerli özünüidarəetmə qurumlarına metodiki köməklik göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə  Qusar rayonu bələdiyyə üzvləri və qulluqçuları üçün təşkil olunan növbəti seminar-müşavirə  "Gənclər evi"ndə baş tutub.

Seminar-müşavirə əsasən üç istiqaməti-bələdiyyələrdə şəffaflığın artırılması, antikorrupsiya tədbirləri və bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq; dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimata uyğun olaraq bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, o cümlədən Dövlət və bələdiyyə orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları; eləcə də yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularını əhatə edib.

Tədbirdə Xaçmaz regional ədliyyə idarəsi rəisi Rasim Məlikovun, qurumun əməkdaşları Qədir Paşayevin, əlikram Həsənovun, Müşfiq Vəliyevin, Həmid Məmmədovun qeyd olunan mövzularda məruzə və çıxışları dinlənilmiş, o cümlədən bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR