Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində Xaçmaz regional ədliyyə idarəsi 2018-ci ilin I yarım ili ərzində görülmüş işlər barədə hesabat verib.
Altı ay ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı idarəyə 112 müraciət daxil olub ki, onunda 7-si bələdiyyələrdən, 11 vətəndaşlardan, 89-u isə Bələdiyyələrlə iş mərkəzindən olub.
Birinci yarımildə idarərəyə 2295 bələdiyyə aktı daxil olub ki, onunda 2150 işə qəbul edilib, 3 geri qaytarılıb, 6 isə ləğv edilib.
Hazırda aktlardan 142 baxılmaq ərəfəsindədir.
Bununla bərabər məhkəməyə göndərilən 8 inzibati xəta protokolununun 5-i barəsində məhkəmə qərarı çıxalıb, 3-ü isə baxılmaq ərəfəsindədir.
Qanunsuz qərarlar nəticəsində bələdiyyələrə 404 ha torpaq sahəsi geri qaytarılıb.
Belediyye.info