"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmaz regional ədliyyə idarəsində növbəti seminar

--2017-05-04 / 08:15

Xaçmaz regional ədliyyə idarəsində Xaçmaz rayonunun bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi məqsədi ilə seminar keçirib. Bu barədə məlumat adıçəkilən idarədən daxil olub.

Yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin də dəvət olunduğu seminar-müşavirə "Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili",  “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun gücləndirilməsi, torpaqların təyinatı üzrə istifadəsi”, “Korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrdə şəffaflığın artırılması” o cümlədən “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” mövzularını əhatə edib.

 Bələdiyyə üzvləri və qulluqçularının iştirak etdikləri tədbirdə Xaçmaz regional ədliyyə idarəsinin rəisi Rasim Məlikov, böyük məsləhətçi Qədir Paşayev, baş məsləhətçi əlikram Həsənov, aparıcı məsləhətçiləri Müşfiq Vəliyev, Həmid Məmmədov və məsləhətçi Tural Bağırov tərəfindən bələdiyyələrə dair qanunvericilikdə həyata keçirilən islahatlar barədə geniş məlumat verilərək, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Bununla yanaşı, müzakirələr zamanı bələdiyyə üzvlərinin üzləşdiyi mübahisəli məsələlərin həlli, vergilərin yığılması və bələdiyyə mülkiyyətində olan torpaqları zəbt edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı seminar iştirakçılarına tövsiyələr verilib.

Belediyye.info

ŞƏRHLƏR