"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmazda bələdiyyə üzvləri və qulluqçuları üçün seminar-müşavirə keçirilib

--2018-06-21 / 09:47

ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin, Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin və Xaçmaz regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 20 iyun 2018-ci il tarixdə Xaçmaz və ətraf rayonu bələdiyyə üzvləri və qulluqçularının iştirakıyla  hüquqi maarifləndirilmə məqsədilə seminar-müşavirə keçirilib. Bu barədə məlumatı Xaçmaz  regional ədliyyə idarəsi yayıb.

Tədbirdə Xaçmaz regional ədliyyə idarəsinin rəisi Cavanşir əvəzov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Xaçmaz, Quba , şabran, Qusar və Siyəzən rayonlarından olan bələdiyyə üzv və qulluqçularının iştirak etdiyi seminar-müşavirədə “Turizmin inkişaf etdirilməsində bələdiyyələrin rolu” mövzusunda Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin məsləhətçisi Mehdi  Abdullayev “Yerli büdcənin tətbiq edilməsində iqtisadi kodların tətbiqi” mövzusunda isə cəmiyyətin eksperti Zöhrab Fərəcov çıxış edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info

ŞƏRHLƏR