Xaçmaz Heydər əliyev Mərkəzində görkəmli oftolmoloq-alim Zərifə əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Gözlərə nur bəxş edən nəcib xanım" mövzusunda tədbir keçirilib.
Bu barədə məlumatı Xaçmaz rayon Heydər əliyev Mərkəzi yayıb.
Tədbirdə Mərkəzin kollektivi, Xaçmaz şəhər i.Qayıbov adına 3 saylı və 4 saylı məktəblərin müəllim və şagird kollektivləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin drektoru Könül əsgərəva çıxış edərək bildirib ki, "Zərifə xanım görkəmli elm xadimi olmaqla yanaşı, həm də qayğıkeş ana, vəfalı ömürgün yoldaşı və incə qəlbli bir xanım idi.
Zərifə əliyeva tibb sahəsində bir çox yeniliklər etmiş, müalicəsi çətin olan traxoma kimi göz xəstəliyinin müayinə və müalicəsi yollarını araşdırmış və müxtəlif göz xəstəliylərinin müayinə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşgul olmuşdur".
Sonra 3 saylı məktəbin ədəbiyyat müəllimi Gülşən əhmədovada Zərifə əliyevanın keçdiyi böyük həyat yolundan geniş və ətraflı danışaraq bu nəcib xanıma həsr etdiyi öz şerini söyləyib.
Daha sonra Mərkəzin nəznində fəaliyyət göstərən "bədii qiraət" dərnəyinin üzvləri Zərifə əliyevaya həsr olunmuş şerlər söyləyiblər.
Belediyye.info