"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmazda növbəti dəfə "Yardım edək" kompaniyası həyata keçirilib

--2018-01-20 / 18:04

“Xaçmaz Heydər əliyev Mərkəzi YAP Xaçmaz rayon təşkilatının maliyə dəstəyi ilə növbəti dəfə "Yardım edək" kompaniyasını həyata keçirib”- bu barədə Belediyye.infoya məlumatı Xaçmaz Heydər əliyev mərkəzinin rəhbəri, Xaçmaz bələdiyyəsinin üzvü Könül əsgərova bildirib.

Mərkəz rəhbərinin sözlərinə görə, Heydər əliyev Mərkəzi tərəfindən 20 Yanvar faciəsinin 28 -ci ildönümü ilə əlaqədar bir çox şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinin ailələrinə və aztəminatlı ailələrə ərzaq yardımları edilib: “Hər bir Azərbaycan vətəndaşı canlarını Vətən torpaqlarının azadlıgı uğrunda qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara uca Allahdan rəhmət diləyirik”

Belediyye.info

ŞƏRHLƏR