Binəqədi rayonu Biləcəri bələdiyyəsində bələdiyyənin kollektivi ilə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərovun görüşü keçirilmişdir. Bu barədə məlumatı Binəqədi rayonu Biləcəri bələdiyəsi yayıb.
Görüşdə RiH başçısının müavinləri, Aparatın şöbə müdirləri, RiH başçısının QiəD üzrə nümayəndəsi, bələdiyyənin sədri, sədr müavinləri və şöbə müdirləri iştirak etmişlər.
Görüşdə bələdiyyələrin mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, mövcud olan çətinliklər, problemlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bələdiyyələrin balansında olan texnikalarının mövcud vəziyyəti, məişət tullantılarının yığışdırlması və daşınması vəziyyəti, bələdiyyələrdə ictimai-humanitar sektorların fəaliyyəti, səyyar görüşlərin təşkili və keçirilməsi, qaldırılan məsələlərin icra vəziyyəti barədə bələdiyyə sədrinin, sədr müavinlərinin, bələdiyyə aparatının şöbə müdirlərinin məlumatları dinlənilmişdir.
Görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparılmış və müvafiq tövsiyələr verilmişdir.
iclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması, ərazilərin yaşıllaşıdırilması ilə əlaqədar həyata keçiriləcək tədbirlər barədə təklif və tövsiyələr səsləndirilmiş, növbəti ayların fəaliyyət istiqamətləri və hədəfləri müəyyənləşdirilmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|