"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaləddin isgəndərov müşavirə keçirdi

--2018-02-20 / 17:05

Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin akt zalında Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərovun rəhbərliyi ilə rayon əhalisinə göstərilən kommunal xidmətlərin yaxşılaşdırlması mövzusunda müşavirə keçirilib. Bu barədə məlumatı Binəqədi RiH- yayıb.

Müşavirədə Binəqədi Rayon icra Hakimiyyəti başçısının I müavini ilqar Süleymanov, müavinləri Aygün əliyeva və Vüsar ismayılov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RiH-in təsərrüfatı şöbəsinin müdiri Qüdsi Bayramov, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, Mənzil Kommunal istismar Sahəsinin rəisləri, xidmət sahəsinin rəhbərləri, bələdiyyə sədrləri, RiH başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.

RiH başçısı Xaləddin isgəndərov müşavirəni açaraq Prezident ilham əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq-quruculuq, həyata keçirilən iri miqyaslı layihələr və eləcədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

RiH başçısının müavinləri ilqar Süleymanov, Vüsar ismayılov və Aygün əliyevanın müzakirə olunan məsələlərlə əlaqədar kurasiya etdikləri sahələrdə mövcud vəziyyət barədə məlumatları dinlənilib.

Müşavirəyə RiH başçısı Xaləddin isgəndərov yekun vuraraq qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə aidiyyatı strukturların rəhbərlərinə konkret tapşırıq və tövsiyyələrini verib.

Belediyye.info

ŞƏRHLƏR