"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaləddin isgəndərov səyyar görüş keçirib

--2017-09-01 / 10:54

2017-ci il avqust ayının 31-də 9-cu mikrorayon A.Məmmədov küçəsi 57 ünvanında yerləşən əhalinin mədəni kütləvi tədbrlər evində Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərovun 9-cu mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Bu  barədə məlumatı Binəqədi RiH yayıb.

Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon icra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Görüşü Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Belediyye.info

ŞƏRHLƏR