"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaləddin isgəndərov üçün 26 aprel tarixi

--2017-04-25 / 19:41

Bu gün Bakının 12 rayonu arasında ən çox tənqidə məruz qalan, lakin rayonlar arasında ən çox layihələrin ideya müəllifi və icraçısı olan Xaləddin isgəndərovun icra başçısı olaraq təyinatının 6-cı ili tamam olur. Böyük rəqəm deyil, ancaq az da hesab etmək olmaz.

Sözsüz ki, heç kim vəzifədə daimi olmur. Bütün məmurlar müəyyən müddətdə bu vəzifəni bu və ya digər səbəbdən tərk etməli olurlar.

Məsələ fəaliyyət müddətində sakinlərin yaddaşında dərin iz buraxmaqdadır.

icra başçısı var ki, illərlə vəzifəni daşıyıb, lakin bu gün onu heç kim tanımır, tanıyanlar isə “xoş sözlərlə” anır.

Məmur da var ki, az müddətdə elə layihələrin müəllifi olur ki, hamının yaddaşında dərin iz buraxır. Vəzifə müvəqqətidir, əsas xalqın və Prezidentin etimadını layiqincə qazanmaqdır.

Bir neçə ildir ki daimi olaraq müşahidə etdiyim Binəqədi rayon icra Hakmiyyətinin başçısının rəhbərliyi ilə rayonda altı il ərzində bəlkədə on altı ilin işi görülüb.

Devalvasiya problemləri, dünyada baş alıb gedən iqtisadi böhranın küləyi ölkəmizə müəyyən mənada dəyməsəydi yəqin ki, həm görülən işlərin, həm də layihələrin həcmi daha çox ola bilərdi.

Beləliklə, bundan sonra ən çox ekstravaqant layihələrin müəllifi olan Xaləddin isgəndərova ruhdan düşməməyi və   “sükanı” belə yüksək səviyyədə saxlamağı arzu edirəm.

Vüqar Tofiqli

ŞƏRHLƏR