"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaləddin isgəndərov üçün özəl gün

--2017-04-25 / 00:12

Aprel ayının 26-da Binəqədi rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərovun vəzifəyə təyinatının beşinci ili tamam olur.

Deməliyik ki, son beş ildə icra başçısı olaraq X.isgəndərov rəhbərlik etdiyi rayonda bir sıra ilklərə imza atıb. “Sakinlərin Müraciət Xidməti-1646″-nın (SMX–1646) istifadəyə verilməsi, “Təmiz Binəqədi” layihəsinin icrası, rayon daxilində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məhz icra başçısının fəaliyyəti sayəsində baş verib.

***

Bələdiyyə-icra strukturlarında yeni mərhələ də məhz son beş ildə start götürüb. Bu gün rayon bələdiyyələrinin əhaliylə sıx əlaqədə olması, Binəqədi RiH-in verdiyi tovsiyələrə uyğun fəaliyyət proqramının qurulması öz müsbət nəticəsini verməkdədir.

Bu gün M.ə.Rəsulzadə bələdiyyəsinin sədri H.Hüseynovun Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Binəqədi rayon bələdiyyəsinin  sədri S.Cabbarlının Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini, habelə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyevanın YAP-ın Binəqədi rayon təşkilatında Qadınlar şurasının sədri vəzifəsinə  seçilməsi  rayon bələdiyyələrinə göstərilən diqqətin təzahürü kimi də qəbul edilməlidir.

***

əzmkarlığı, təşəbbüskarlığı, idarəçilkdə ciddi intizamın olması, xüsusən də prezident ilham əliyevin əsas tələbi olan - vətəndaş məmnunluğunun tam təmin edilməsi icra başçısını fərqləndirən cəhətlərdəndir. inanırıq ki,  X.isgəndərov Binəqədi rayonunda bundan sonra da daha boyük layihələrə imza atmaqla ona göstərilən  etimadı  yüksək səviyyədə doğrultmağa çalışacaqdır.

Bizə  ancaq bu işdə icra başçısına uğurlar arzulamaq qalır…  

Bəs icra başçısı haqqında daha nəyi bilirik?

isgəndərov Xaləddin şahmar oğlu  5 noyabr 1962-ci ildə Qasım ismayılov (indiki Goranboy) rayonunun Xanqərvənd kəndində anadan olub.

1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunun “əmtəəşünaslıq” fakultəsini bitirib.

1985-1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.

əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlayıb, 1984-1985-ci illərdə Qubadlı rayonu istehlak Cəmiyyətində sədr müavini vəzifəsində, hərbi xidmətdən qayıtdıqdan sonra isə  1987-1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991-1992-ci illərdə Xızı rayonu istehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992-2001-ci illərdə “Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb.

2001-2003-cü illərdə Bakı şəhər icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı ərazi Vergi idarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin “X.ş.isgəndərovun Bakı şəhəri Binəqədi rayonu icra hakimiyyətinin başçısı təyin edilməsi haqqında” 26 aprel 2012-ci il tarixli Sərəncamı ilə 26 aprel 2012-ci il tarixdən Bakı şəhəri Binəqədi Rayon icra Hakimiyyətinin başçısıdır.

Ailəlidir, iki övladı var.

Belediyye.info

Mənbə: http://binegedi-ih.gov.az/page/20.html

ŞƏRHLƏR