"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaləddin isgəndərovun kadrı işdən çıxarıldı

--2018-11-20 / 11:03

Binəqədi Rayon icra Hakimiyyətində kadr dəyişikliyi baş verib.

Modern.az-ın məlumatına görə, sabiq başçı Xaləddin isgəndərovun daha bir kadrı vəzifəsindən azad olunub.

Belə ki, Rayon icra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Bəybala oğlu Məmmədov noyabrın 19-da vəzifəsindən azad edilib.

Noyabrın 20-də isə Binəqədi Rayon icra Hakimiyyəti başçısının Elxan Allahverdiyevin təqdimatı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən əmrə əsasən, onun yerinə Zamanov Elmin Elbəyi oğlu gətirilib.

E.Zamanov gənc kadrdır, 15 ildir ki, təsərrüfat xidmətlərində çalışıb. Bu təyinatadək  9 saylı Mənzil-Kommunal istismar Sahəsinin rəisi olub. Ailəlidir, iki ali təhsili var.

http://modern.az/az/news/184075#gsc.tab=0

ŞƏRHLƏR