Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Respublikasının xalq artisti əlibaba Balaəhməd oğlu Məmmədov anadan olmasının 89-cu ildönümü münasibəti ilə ziyarət edildi .
Görüşdə Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatının əməkdaşları iştirak etmişdir.
Çay süfrəsi ətrafında səmimi keçən görüşdə əliBaba Məmmədov ölkə başçısı cənab ilham əliyevin və Respublikamızın birinci vitse-prezidenti Heydər əliyev Fondunun prezidenti, YUNESKO-nun və iSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım əliyevanın incəsənətin hər bir sahəsinə olan dəyərdən söz açdı. Azərbaycan Respublikasının xalq artisti göstərilən diqqətə görə Rayon icra Hakimiyyəti rəhbərliyi və kollektivinə öz dərin təşəkkürünü bildirdi. ə.Məmmədov yadda qalan xatirələrindən danışdı.
Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva əlibaba Məmmədova Rayon icra Hakimiyyəti başçısının salamlarını çatdırdı.A.əliyeva müasir dövrümüzdə Ulu Öndər Heydər əliyevin yüksək diqqət göstərdiyi mədəniyyət siyasəti ölkə başçısı cənab ilham əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi. O, milli özünəməxsusluğumuzu özündə əks etdirən mədəniyyətimizin dünyada təbliğ edilməsi istiqamətində “Muğam” sənəti əvəzsiz rola malik olduğunu qeyd etdi. Natiq əlibaba Məmmədova uzun ömür can sağlığı arzu etdi.
Daha sonra Binəqədi Rayon icra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin təbrik məktubu səsləndirildi, xatirə hədiyyələri təqdim edildi.
Sonda xalq artisti əlibaba Məmmədov ilə xatirə şəkli çəkdirildi.
Belediyye.info