"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xalq Cumhuriyyətinin həmyaşıdı-Azərbaycan ədliyyəsi

--2018-10-19 / 14:15

2018-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Dövlətçilik tariximizin parlaq səhifələrindən olan AXC dövründə müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə qayda-qanunun bərpası və dövlət quruculuğu istiqamətində mühüm tədbirlər görülmüşdür. Eyni zamanda, hüquq sisteminin inkişafına da böyük önəm verilərək Cümhuriyyətin yaranması ilə eyni gündə ədliyyə Nazirliyi təsis edilmişdir.

Hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən ədliyyə sisteminin inkişafı ilə bağlı o dövrdə çox mühüm qərarlar qəbul olunmuş, 1918-ci il noyabrın 22-də Cümhuriyyət Hökumətinin qərarı ilə ədliyyə Nazirliyinin ilk əsasnaməsi təsdiq edilmişdir. Bu tarixi faktı nəzərə alan ümummilli lider Heydər əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə noyabrın 22- si ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Ölkə Prezidenti ilham əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdiyi 2018-ci il həm də Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdardır. şanlı və keşməkeşli tarixi yol qət edən Azərbaycan ədliyyəsi fəaliyyətə başladığı ilk gündən ölkənin hüquq sisteminin inkişafına mühüm töhfələr vermiş, Cümhuriyyət dövründə nazirlik dağınıq və pərakəndə vəziyyətində olan ədliyyə və məhkəmə orqanlarının işinin səmərəli təşkili ilə bağlı məqsədyönlü addımlar atmış, qısa müddətdə onların fəaliyyətini bərpa etmiş, bir sıra dövlət əhəmiyyətli, o cümlədən ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı qanun layihələrini hazırlayaraq Cümhuriyyət Parlamentinin müzakirəsinə çıxarmış və onlar qəbul edilmişdir. O dövrdə, həmçinin ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədilə həbsxana işi ədliyyə Nazirliyinə verilmiş, dustaqların saxlanma şəraitinin və təminatlarının yaxşılaşdırılması ilə bağlı əməli işlər görülmüş, nazirliyin Parlamentə təqdim etdiyi qanun layihələrindən biri kimi məhz Cümhuriyyətin yaranmasından il yarım keçməsi münasibətilə amnistiya elan edilmişdir.

Ümumilikdə, Azərbaycan ədliyyəsinin şərəfli dövrü olan həmin illərdə şəraitin çətinliyinə, imkanların məhdudluğu və kadr çatışmazlığına baxmayaraq, nazirlik öz üzərinə düşən vəzifələrin icra edilməsi, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür.

Sovet hakimiyyətinin ilk dövrlərində məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərən, hətta bir neçə dəfə ləğv edilərək yenidən aradılan ədliyyə Nazirliyinin təkmil bir struktura çevrilməsi yalnız Ulu öndər Heydər əliyevin Azərbaycana rəhbərliyə gəlməsi dövründə - 1970-1980-ci illərdə mümkün olmuş, ədliyyə fəaliyyəti xeyli təkmilləşərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır. Cümhuriyyətimizin varisi olan müasir müstəqil Azərbaycanda ümummilli lider tərəfindən həyata keçirilən mütərəqqi hüquq islahatları nəticəsində ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu və nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Eyni zamanda, Azərbaycanın ilk milli Konstitusiyasında demokratiyanın təzahürü olan bələdiyyələrin yaradılmasının təsbit edilməsi ilə əlaqədar 1999- cu ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarəetmə orqanları formalaşmışdır. Ölkədə ən gənc təsisat olan bu orqanların üzvləri tərəfindən bələdiyyələr haqqında qanunvericiliyin öyrənilməsinə, onların fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək göstərilməsi məqsədilə ölkə Prezidentinin 2000-ci il tarixli Fərmanı ilə ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmışdır. Qısa müddətdən sonra Mərkəzin əsasnaməsi təsdiq edilərək funksiya və vəzifələri müəyyən edilmiş, nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəli təşkilinə, onların ölkənin tərəqqisində, o cümlədən əhalinin sosial məsələlərinin həllində rolunun artırılmasına köməklik göstərilmişdir. Prezident ilham əliyevin 2003-cü ildə ölkə başçısı seçilməsindən sonra

Azərbaycan ədliyyəsi inkişaf mərhələsini davam etdirmiş, 2006-cı ildə ədliyyə Nazirliyi haqqında yeni əsasnamə qəbul olunaraq ona hüquq-mühafizə orqanı statusu verilmiş, ədliyyə orqanlarında

qulluq keçmə haqqında Qanun qəbul olunmuş, ədliyyə orqanlarının inkişafı haqqında Fərman imzalanmışdır. Bu gün geniş səlahiyyətlərə malik olan Azərbaycan ədliyyəsi qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edir, qeydiyyat və notariat, penitensiar sistemin fəaliyyətini, məhkəmə qərarlarının icrasını təmin edir, məhkəmə ekspertizasını həyata keçirir, müxtəlif reyestrləri aparır və s.

ədliyyə Nazirliyinin üzərinə qoyulan mühüm vəzifələrdən biri də bələdiyyələrin işinin təşkilinə kömək edilməsi və onlara metodoloji yardım göstərilməsi ilə yanaşı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsidir. inzibati nəzarət yerli demokratiyanın inkişafına xidmət edən hüquqi vasitədir və onun səmərəli həyata keçirilməsi olduqca vacibdir. Bununla əlaqədar “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna uyğun olaraq bu səlahiyyətlərin icrası ədliyyə Nazirliyinə həvalə edilmişdir.

Ölkə Prezidentinin 2006-cı ildə imzaladığı fərman və sərəncamları ilə ədliyyə Nazirliyinin bu funksiyasını bilavasitə həyata keçirən Bələdiyyələrlə iş Mərkəzinin status yüksəldilmişdir. 100 illik tarixi olan Azərbaycan ədliyyəsinin son 20 ilə yaxın bir dövründə nazirlik tərəfindən ölkədə yerli demokratiyanın gücləndirilməsi ilə bağlı mühüm tədbirlər görülmüş, Azərbaycan Avropa şurasına üzv qəbul olunandan sonra bu sahədə qanunvericiliyin intensiv inkişafı üzrə zəruri addımlar atılmış, bu təşkilatın Yerli və Regional Hakimiyyətlər Konqresi ilə sıx əməkdaşlıq qurularaq “Yerli özünüidarəetmə haqqında” Avrpa Xartiyasının müddəaları əsas götürülməklə bələdiyyələrin təşkilini və fəaliyyətini bilavasitə tənzimləyən çoxsaylı normativ-hüquqi aktlar qəbul edilmişdir. ədliyyə tarixinin mühüm nailiyyətlərindən biri də ilk dəfə olaraq nazirliyin regional ədliyyə idarələrinin yaradılmasıdır ki, ilbəil təkmilləşən bu qurumun fəaliyyət istiqamətlərindən biri məhz bələdiyyələrə metodiki köməklik göstərmək və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. Onlar nazirliyin Bələdiyyələrlə iş Mərkəzi ilə birgə bu sahədə görülən tədbirlərdə yaxından iştirak edirlər. Eyni zamanda, inzibati nəzarətlə bağlı nazirlik tərəfindən illik məruzələr hazırlanaraq Milli Məclisdə dinlənilir, bələdiyyələrin potensialının gücləndirilməsi, onların sosial-iqtisadi inkişafda rolunun artırılması və digər məsələlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər irəli sürülür. Bu gün yerli özünüidarəetmə orqanı kimi fəaliyyətdə olan bələdiyyələr cəmiyyətdə öz yerini təsdiq edib və getdikcə əhali arasında nüfuzu artmaqdadır. Hazırda 1600-ə yaxın bələdiyyədə qadınlar və gəncləri də geniş təmsil olunur, 15 minədək bələdiyyə üzvü fəaliyyət göstərir. Onların hüquqi maarifləndirilməsi daim diqqətdə saxlanılır. Belə ki, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, ədliyyə Akademiyası və regional ədliyyə idarələri tərəfindən bələdiyyə nümayəndələri üçün mütəmadi seminar-müşavirələr və silsilə təlimlər təşkil olunur. Bu sahədə həyata keçirilən məqsədyönlü fəaliyyət Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edir.

əminliklə söyləyə bilərik ki, yeni-yeni nailiyyətlərlə özünün 100 illik tarixinə qədəm qoymuş Azərbaycan ədliyyəsi bundan sonra da möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi ilə mütərəqqi islahatlar aparılmaqla daim müasirləşəcək, demokratik-hüquqi dövlət quruculuğuna öz layiqli töhfəsini verəcəkdir. Fürsətdən istifadə edərək qarşıdan gələn Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bütün həmkarlarımızı təbrik edir, üzərlərinə düşən vəzifələri əzmlə və layiqincə yerinə yetirilməsi üçün işlərində müvəffəqiyyətlər arzulayıram.

Zahir əlizadə

ədliyyə Nazilriyi Bələdiyələrlə iş Mərkəzinin rəisi

ŞƏRHLƏR