"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xalqının sonsuz sevgisi ilə ucalan Birinci xanım...- BəLəDiYYə SəDRi YAZIR

--2017-02-25 / 06:57

“Prezident ilham əliyevin Sərəncamı ilə Mehriban əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.” Bu xəbər biz gənc xanımların da ürəyindən xəbər verdi. Çünki o, bənzərsizliyi ilə hamıdan çox bizim kumirimizdir, bizim sevimlimizdir, bizim fəxrimizdir, onun misilsiz fəaliyyəti daha çox bizim üçün örnəkdir. Biz, Mehriban xanım əliyevanın müasirləriyik və onun Azərbaycan naminə, insanlıq naminə bütün anlamlarda misilsiz fəaliyyətinin şahidiyik...

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir.” Bu, onun fikridir, Azərbaycanın Birinci xanımı Mehriban əliyevanın. Elə bu amalla, bu məramla da özünün ömür kitabını yazır. Artıq həmin kitabın daha parlaq, daha şərəfli, daha məsuliyyətli səhifəsi başlayır. Demək, yüksək dövlət vəzifəsində biz öz kumirimizin daha möhtəşəm fəaliyyətini hələ bundan sonra qürurla izləyəcəyik...

Xalqımızın tarixində igid, cəsur, müdrik, qeyrətli diplomat qadınlar çox olub. Amma indiyədək Azərbaycanı dünyada, beynəlxalq aləmdə Mehriban xanım əliyeva kimi təbliğ edən, ona şərəf, başucalığı gətirən ikinci qadın olmayıb. Siyasəti mərhəmətlə, şəfqətlə birləşdirən, 21-ci əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycanın Birinci xanımı, UNESCO və iSESKO-nun Xoşməramlı səfiri, Heydər əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım əliyeva bu işin öhdəsindən böyük məharət və ustalıqla gəlir. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa, millətə, dövlətinə sevgi dayanır. O, bütün qərarları ilə millidir, Vətəninə xidmət edir, onun tərəqqisini arzulayır, mədəniyyətinin, təhsilinin, səhiyyəsinin inkişafına çalışır, sabahının qayğısına qalır...

2004-cü ilin mayından Heydər əliyev Fonduna rəhbərlik edən Mehriban xanımın təşəbbüsü, xeyir-duası, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans yaratdı. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində çox sayda yeni məktəb tikildi. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” layihəsi ilə uşaq müəssisələri əsaslı təmir edildi, yaşayış üçün rahat şərait yaradıldı. Valideyn himayəsindən uzaq, uşaq evlərində böyüyən qızlar üçün yaşayış binalarının tikilməsi ciddi bir problemin həllinə yol açdı, uşaq evlərini tərk edən qızlar onları müdafiə edən böyük bir qüvvənin olduğunu gördülər. Fondun səhiyyə ilə bağlı layihələrinin reallaşdırılması, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları, xeyriyyəçilik tədbirləri, ümumilikdə həyata keçirilən müxtəlif layihələr əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü. Birinci xanımın qayğısı ilə Azərbaycanın istedadlı uşaqlarının səsi Avropanı fəth etdi...

Fondun mədəniyyətimiz, incəsənətimizlə bağlı layihələri, müxtəlif ölkələrdə keçirdiyi təqdimatlar mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna xidmətə malikdir. “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın qələbəsi, növbəti yarışmaya yüksək səviyyədə ev sahibliyi etməsi, muğamı dünyada tanıtmaq məqsədi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Beynəlxalq muğam festivallarının keçirilməsi... Bütün bunlar Mehriban xanım əliyevanın dəstəyi ilə reallaşan və hər birimizə dönə-dönə qürur hissi yaşadan tədbirlərdir...

2015-ci ildə ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi və dövlətimizin qüdrətini dünyaya təqdim edən I Avropa Oyunları – bu mötəbər tədbirin yüksək standartlarda təqdimatında Prezident ilham əliyevlə yanaşı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım əliyeva da xidməti danılmazdır. Məhz bu xidmətinə görə o, dövlətimizin ən ali mükafatı – “Heydər əliyev” ordeni ilə təltif edildi...

Onun xeyriyyəçilik fəaliyyəti tez bir zamanda Azərbaycan sərhədlərini aşdı, çünki bu cür insanlar harada doğulmalarından, harada yaşamalarından, hanslı millətə, hansı xalqa, hansı dinə mənsub olmalarından asılı olmyaraq, fəaliyyətləri bəşəridir, bəşəriyyətin xəzinəsidir. Humanistliyini, xeyirxahlığını, qlobal layihələrini təkcə öz xalqı yox, dünya qiymətləndirdi. 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsində xidmətlərinə, həmçinin UNESCO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın Xoşməramlı səfiri adına layiq görüldü. Bu fəxri missiya beynəlxalq ictimaiyyət tərəfindən göstərilən nadir etmaddır. Onun ciddi səyləri nəticəsində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olundu. Qobustan Dövlət Tarixi Bədii qoruğu, içərişəhər, Qız qalası, şirvanşahlar sarayı kompleksi YUNESKO-nun dünya mədəni irs siyahısına, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, Lahıc misgərlik sənəti, Novruz bayramı, Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən – ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edildi...

O, islam dəyərlərinə bağlılığına, islam aləmində görülən işlərə böyük dəstəyinə görə də diqqəti çəkdi, 2006-cı ildə nüfuzlu beynəlxalq mədəni humanitar qurum olan islam ölkələri elm, təhsil və mədəniyyət təşkilatının – iSESKO-nun Xoşməramlı səfiri adına layiq görüldü. Möhtərəm Prezidentimizin dediyi kimi: “Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır.”

Mehriban xanım əliyeva beynəlxalq aləmdə də çox böyük nüfuz, hörmət və ehtiram sahibidir. Onun Xoşməramlı səfirlər üçün örnək hesab edirlər. YUNESKO-nun baş direktoru irina Bokova Mehriban xanım əliyevaya “Qızıl Motsart” medalını təqdim edərkən “Sizi Xoşməramlı səfirlər sırasında görmək bizim üçün – YUNESKO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” dedi.

Azərbaycanın Birinci xanımı beynəlxalq tədbirlərdə diqqəti, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, dünyanın yüksək tribunalarından Azərbaycan həqiqətlərinin çatdırılması üçün bacarıqla istifadə edir...

Sadalamaqla bitməz. Bəli, onun gördüyü işlər qalın-qalın kitabların mövzusudur...

Qazandığı saysız-hesabsız mükafatlar da Mehriban xanımın nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası, xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Bir bənzərsiz mükafatı da var: xalqın böyük rəğbəti və sevgisi. Onu ən çox ucaldan da elə bu sevgidir. O, çoxşaxəli fəaliyyəti ilə hər zaman möhtərəm Prezidentimizin ən yaxın silahdaşına çevrildi. Hər zaman onları birlikdə görməkdən sevindik, bu “qoşq qanad”la qürur duyduq. Onun yeni vəzifəyə təyinatından da sonsuz fəxarət hissi keçiririk...

Tarix və millət qarşısında məsuliyyətin zirvə örnəyi, amalı insanlığa xidmət olan ictimai-siyasi xadim – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban əliyeva...

O, bizim kumirimizdir...

Ali dəyərləri uca tutaraq ən uca zirvələrə çatmaq, Azərbaycanımızın çiçəklənməsi naminə daha möhtəşəm uğurlar qazanmaq – nəsibi ancaq bunlar olsun!..

 

SiTARə CABBARLI

Binəqədi Bələdiyyəsinin sədri

ŞƏRHLƏR