Ölkəmizdə Mehriban xanım əliyevanın kimsəsiz uşaqlara göstərdiyi ana qayğısı hər birimizə örnəkdi. Məhz bu örnəkdən faydalanaraq bu gün uşaq sığınacağına baş çəkdik. Bu xeyirxah təşəbbüsdə Ramanı Bələdiyyə sədri intizar Rzayeva, Mehdiabad bələdiyyəsinin sədr müavini Afət Aslanova , Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayeva, Qaraçuxur bələdiyyəsinin üzvü Aytən Həsənova, Nəsimi bələdiyyə üzvü Günay Səfərova, jurnalistlərlər, gənc könüllülər birləşərək həm sığınacaqda olan uşaqlara həm özümüzə də xos və bir o qədər də kövrək anlar yaşadıq.
Aramızda aprel döyüşlərində qəhrəmancasına həlak olan Mahir Mirzəyevin dəyərli bacısının uşaqları əzizlərkən kövrəlişi, həssas ürəyi isə bir daha sübüt edir ki, xalqımız mərd, humanist bir xalqdı.
Çünki onun bu cür öyünüləsi və fəxr ediləsi nümayəndələri var.
Dəyərli vaxt və imkanlarını ayırıb gəldikləri üçün, təşəbbüsümə qoşulduqları üçün hər birinə çox sağ ol deyir, böyük ürəkləri qarşısında baş əyirəm.
Səbinə Abdullayeva
Xətai bələdiyyəsinin üzvü
|
|
|
|