Qazax rayonu Xanlıqlar bələdiyyəsinin 2015-ci ilin birinci yarımilində gördüyü işlərin hesbatını “Bələdiyyə həyatı” qəzetinə təqdim edib.
Hesabatda deyilir:
Xanlıqlar bələdiyyəsi kəndin abadlaşması üçün imkan daxilində əlindən gələni əsirgəmir. Seçicilərinin etimadını doğrultmaq üçün kəndin problemlərini araşdıraraq, yaranmış problemlərin aradan qaldırılması üçün var gücü ilə çalışır.
Ötən hesabat dövründə Xanlıqlar bələdiyyəsi 9 nəfər üzvü ilə bərabər aşağıdakı işləri görmüşdür. Bunlara misal olaraq yolların təmiri, yol kənarlarını təmizləməsi, tənha qocalara himayədarlıq göstərmək, Novruz bayramı münasibəti ilə kənd ərazisində yerləşən “N” saylı Hərbi Hissədə əsgərlərlə görüş təşkil edərək, onları bayram sovqatları ilə sevindirmək və s. Işləri göstərmək olar.
Altı ay ərzində Xanlıqlar bələdiyyəsində 07 sayda protokol yazılıb qərar qəbul edilmişdir. əhalidən 15-ə yaxın yazılı və şifahi ərizə və müraciətlər daxil olmuşdur ki, onların hamısına da yerindəcə baxılıb cavab verilmişdir. Kənardan daxil olan 09 sayda məktuba vaxtlı-vaxtında yazılı olaraq cavab verilmişdir.
Kənddə olan çətinliklərin hamısı bələdiyyənin üzərinə düşdüyü bir vaxtdan vergi və rüsumların yığılması üçün bələdiyyə tərəfindən vergi müfəttişləri təyin edilmişdir. Hazırda vrgi müfəttişləri rüsum, torpaq və əmlak vergilərinin yığılması üçün bildirişlərin paylanması ilə məşğul olurlar. Yığılan vergilər və mövsümi verilən torpaq icarəsindən və torpaq satışından əldə olunan gəlirlər Xanlıqlar bələdiyyəsinin bankdakı və Poçtdakı xüsusi hesabına köçürülür. Kənddə görülən işlər də həmin vəsaitin hesabına görülmüşdür. Altı ay ərzində Xanlıqlar bələdiyyəsinin yerli büdcəsi aşağıdakı kimi olmuşdur:
2014-cü ildən qalıq 500,89 (beş yüz manat, səksən doqquz qəpik) manat, torpaq icarəsindən 1390,00 (bir min üç yüz doxsan) manat, torpaq vergisindən 819,18 (səkkiz yüz on doqquz manat, on səkkiz qəpik) manat, əmlak vergisindən 361,00 (üç yüz altımış bir) manat, dövlət tərəfindən ayrılan dotasiya 1075,00 (bir min yetmiş beş) manat, cəmi 4206,07 (dörd min iki yüz altı manat, yeddi qəpik) manat vəsait Xanlıqlar bələdiyyəsinin bankdakı və həmçinin poçtdakı xüsusi hesabına toplanmışdır.
Bələdiyyənin büdcəsinə yığılan vəsait hesabına kənddə olan problemləri aradan qaldırmaq üçün bir çox işlər görülmüşdür. Həmin vəsaitdən bələdiyyə işçilərinə əmək haqqı kimi 494,52 (dörd yüz doxsan dörd manat, əlli iki qəpik) manat, DSMF-yə köçürmə 1100,00 (bir min yüz) manat, imkansız və kimsəsizlərə yardım 72,00 (yetmiş iki) manat, kəndarası yolların təmirinə 475.00 (dörd yüz yetmiş beş) manat, Novruz bayramı münasibətilə əsgərlərə bayram sovqatı paylamaq üçün 400.00 (dörd yüz) manat.
Ümulilikdə, bələdiyyəyə altı ay ərzində cəmi 3384,12 (üç min üç yüz səksən dörd manat, on iki qəpik) manat pul xərclənmişdir. Bələdiyyənin bankdakı hesabında 696,00 (altı yüz doxsan altı) manat, poçtdakı hesabında 104,03 (bir yüz dörd manat, üç qəpik) manat köçürülmüşdür.
Gələcəkdə də bələdiyyəmiz əldə etdiyi gəlirlər hesabına kənddə quruculuq işlərini davam etdirəcəkdir.
ə. Alhüseynova ( Xanlıqlar bələdiyyəsinin sədri)