Rəsulov Mahir əsgər oğlu 1968-ci il fevral ayının 14-ü Xızı rayonunun Xələnc kəndində anadan olub.
1986-ci ildə Xızı rayon Xələnc kənd orta məktəbini bitirib.
1986-1988 ci ilərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
1989-1993-cü illərdə iqdisadçı ixtisası üzrə qiyabi təhsil alıb.
1993-1994-cü ildə Milli Ordunun N saylı hərbi hissəsində texniki nəzarət məntəqəsinin rəisi vəzifəsində gizir rütbəsində xidmət edib.
1994-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2004, 2009, 2014 və 2019 cü ildə keçirilən bələdiyyə seçkilərində iştirak edib və bələdiyyə sədri seçilib. əlavə edək ki, 2004-2009-cu illərdə Xələnc Bələdiyyəsinin sədri, 2009-2014-cü illərdə bələdiyyələrin birləşdirilməsindən sonra Xələnc-Fındığan Bələdiyyəsinin sədri, 2014-2019-cu illərdə Xələnc-Fındığan Bələdiyyəsinin sədri və Xızı rayon Bələdiyyə sədrləri şurasının sədri vəzifəsinə seçilib.
23 dekabr 2019-cu il bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilib və 14 yanvar 2020-ci il bələsiyyə iclasında yenidən Xızı rayon Xələnc-Fındığan Bələdiyyəsinin sədri seçilib. Ailəlidir, 3 övlad atasıdır.