"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xətai bələdiyyəsi icra Hakimiyyəti tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir

--2018-01-12 / 13:23

Xətai rayon Xətai bələdiyyəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Bələdiyyələrin Statusu haqqında» Azərbaycan Respublikası Qanununu, Bələdiyyənin Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin və digər dövlət orqanlarının normativ və hüquqi aktlarını rəhbər tutaraq fəaliyyət göstərir.

Bələdiyyədə 18 nəfər bələdiyyə üzvü vardır. Bunlardan 5 nəfəri daimi əsaslarla fəaliyyət göstərirlər. Bələdiyyənin icra aparatında 38 nəfər işçi çalışır,

Xətai bələdiyyəsi hesabat dövründə 12 iclas keçirmiş, 73 məsələ müzakirə etmiş və müvafiq qərarlar qəbul etmişdir.

Bələdiyyədə üç daimi komissiya fəaliyyət göstərir. Bunlardan hesabat dövründə Yerli Büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyası 13 iclas keçirmiş, 24 məsələ müzakirə etmiş, Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyası 14 iclas keçirmiş, 27 məsələ müzakirə etmiş, Hüquq məsələləri daimi komissiyası 5 iclas keçirmiş, 5 məsələ müzakirə etmişdir.

Bələdiyyəyə hesabat dövründə ayrı-ayrı vətəndaşlardan 224 ərizə, idarə və müəssisələrdən isə 115 məktub daxil olmuşdur. Sakinlərə, idarə və müəssisələrə 278 məktub göndərilmişdir. Vətəndaşlara və müxtəlif təşkilatlara 253 arayış verilmişdir. Eyni zamanda 981 nəfər hərbi xidmətdən məzuniyyətə gələnlərin qeydiyyatı aparılmışdır.                                            

Hesabat dövrü ərzində bələdiyyə tərəfindən müxtəlif məhkəmələr qarşısında 16 mülki iş üzrə iddia qaldırılmış, onlardan 6-sı bələdiyyənin xeyrinə, 1-i zərərinə həll edilmiş, 6 iş isə vergi ödəyicilərinin bələdiyyəyə olan borcun tələbilə əlaqədar hal-hazırda məhkəmədə baxılmaqda davam edir. 3 iş isə baxılmadan saxlanılıb.

Bütövlükdə bələdiyyə əməkdaşları icbari sığortaya cəlb edilmişdir.

Onu da əlavə edim ki, bələdiyyə vergilərinin ödənilməsi ilə əlaqədar «Azərpoçt»MMC ilə xidməti müqavilə bağlanılmışdır.

Vergi ödəyicilərinin uçotunun aparılması üçün Azərbaycan şəhər,Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi proqram bələdiyyədə tətbiq edilmişdir.  Burada vergi  ödəyicilərinin bazası və onların gündəlik, aylıq ödənişləri aydın şəkildə öz əksini tapır. Bu proqramı davamlı və vaxtında həyata keçirdikləri üçün bələdiyyənin 4 nəfər əməkdaşı mükafatlandırılmışdır.                                             

Bələdiyyə sakinlərin bir çox sosial, iqtisadi və ekoloji problemlərinin həllində yaxından iştirak edir.

Beləki, Müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan Respublikası şəhid Ailələri, Veteranları və əlilləri ictimai Birliyinə bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılmışdır.

Bir çox imkansız ailələrə və əlillərə maddi yardımlar edilmişdir.

Xətai rayonu ərazisində evləri yanmış iki nəfər ailənin kirayə haqqını hər ay mütəmadi olaraq bələdiyyə ödəyir.

Hündürmərtəbəli binaların qarşısında abad həyətlər yaradılmışdır. Bu həyətlərdə sakinlərin asudə vaxtlarının keçirilməsi məqsədilə yaşıllıqlar salınmışdır. Bundan əlavə bələdiyyə tərəfindən bir çox binaların həyətlərində asfalt-beton və təmir-bərpa işləri görülmüşdür.

Bələdiyyə üzvü, Yerli Büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri, professor ədalət Fərəcov ölkə prezidenti tərəfindən «Tərəqqi» medalı ilə təltif edilmişdir.

Bələdiyyə üzvləri K.əfəndiyeva və S.Abdullayeva bir çox layihələr həyata keçirmişlər.

Bələdiyyə üzvü Kənan Rzayev dəfələrlə xarici ölkələrdə badminton idmanı üzrə Azərbaycan Respublikasının təmsil etmişdir.

ətai bələdiyyəsi öz xarici əlaqələrini yaradır və genişləndirməkdə davam edir. Beləki, Türk Dünyası Bələdiyyələr Birliyinin təşkilatçılığı ilə  Türkiyədə keçirilən tədbirlərdə bələdiyyənin sədr əvəzi əliyar əliyev dəfələrlə iştirak etmişdir.

Xətai rayon icra Hakimiyyətinin rəhbərliyi ilə Xətai bələdiyyəsi Türkiyənin Tarsus bələdiyyəsi ilə 2007-ci ildən qardaşlaşmışdır. Tarsusda Ümummilli lider Heydər əliyevin adına böyük bir park salınmış, Ümummilli liderin heykəli qoyulmuş, parkda monitor quraşdırılmışdır. Parkda əhalinin istirahəti üçün oturacaqlar qoyulmuş, uşaqların əylənməsi üçün qurğular quraşdırılmışdır.

Parkın ətrafından keçən çayın üzərindəki körpü abadlaşdırılmış  və körpüyə Ümummilli lider Heydər əliyevin adı verilmişdir. Bu ilin may ayında Ulu Öndərin anadan olmasının 94 illiyi ərəfəsində Xətai rayon icra Hakimiyyətindən, Milli Məclisdən, Bələdiyyədən olan nümayəndə heyəti Tarsus və Mersin şəhərlərində olmuş, anım günü ilə əlaqədar keçirilən tədbirlərə qatılmışlar.                                   

Bu ilin iyul ayında Türkiyənin Mersin şəhərində keçirilən 2-ci «Qız qalası» Beynəlxalq Turizm Festivalında iştirak etmək üçün Xətai rayon icra Hakimiyyətinin şöbə müdiri Pənah imanov, bələdiyyənin sədr əvəzi əliyar əliyev, Xətai rayon «Səma» rəqs qrupunun kollektivi və 287 saylı «»Zəkalar liseyinin 2 şagirdi Mersin şəhərində olmuşlar.

Festivalda «Səma» rəqs qruppu layiqli yer tutdu. iştirakçılar həmçinin Xətai rayonu  287 saylı «Zəkalar» liseyi ilə qardaşlaşan Tarsusdakı «Kampus Okulları» tədris müəssisəsində də oldular. «Kampus Okulları»nda Ümumilli lider Heydər əliyevin adına olan konfrans zalında geniş tədbir keçirdilər.

Hər il olduğu kimi 2017 ci il də Xətai bələdiyyəsi oktyabr ayının 30-dan noyabrın 5-dək «Azərbaycanda Yerli Demokratiya Həftəsi» çərçivəsində tədbirlər keçirilmişdir.

Bu məqsədlə tədbirin həyata keçirilməsinə dair iş planı tərtib edilmiş, bələdiyyənin inzibati binasının və «Bakı» kino-teatrının qarşısında «Bələdiyyə poçt qutuları» quraşdırılmış, bələdiyyədə «qaynar xətt» yaradılmışdır

Həftənin 3-cü günü vətəndaşları qəbul etmək üçün «Açıq qapı» günü elan edilmişdir. 

Xətai bələdiyyəsi sakinlərin sosial, iqtisadi, ekoloji problemlərinin həllində rayon MKTB-yi ilə, rayon icra Hakimiyyətinin Sahə inzibati ərazi Dairə Nümayəndəlikləri ilə, Xidməti idarə və müəssisələrlə mütəmadi əlaqə saxlayır.

Bələdiyyənin kollektivi rayon icra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər.

əldə olunan uğurlarla yanaşı, bələdiyyədə bir sıra çatışmamazlıq da mövcuddur ki, bunların da obyektiv və subyektiv səbəbləri vardır. Beləki, bələdiyyənin yaranmasından 17 ildən çox müddət keçməsinə baxmayaraq bu günədək bələdiyyəyə məxsus torpaqların xəritəsi tərtib olunub verilməmiş, bələdiyyəyə ehtiyat torpaq fondu ayrılmamışdır. Bu isə əhalinin torpaq problemlərinin həll edilməsinə imkan vermir

Vergi  Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar vergilərin qeyri-nəqd şəkildə toplanması bələdiyyənin səmərəli fəaliyyətinə öz təsirini göstərmişdir. Sakinlərin vergiləri könüllü olaraq bank və poçtlar vasitəsilə köçürmələri vergi toplanmasını çətinləşdirsə də bu sahədə maarifləndirmə işinin genişləndirilməsinə səy göstərilir.

Bələdiyyənin maliyyəsinin əsasını təşkil edən vergilərin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin problemlərinin imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə iştirak edilməsi kimi məsələlər Xətai bələdiyyəsinin qarşıdakı dövr ərzində nəzərdə tutduqları işlərin tərkib hissəsidir.

Xətai rayon icra Hakimiyyəti ilə, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi ilə, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq bələdiyyənin fəaliyyətinin səmərəli məcraya istiqamətləndirilməsinə öz müsbət təsirini göstərir.                                       

Bütün bunları nəzərə alaraq  Xətai bələdiyyəsi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

ə.M.əliyev

Xətai  Bələdiyyəsinin sədr əvəzi

P.S. Xətai bələdiyyəsinin beynəlxalq əlaqələrini əks etdirən fotoları təqdim edirik 

ŞƏRHLƏR