Xətai rayonunda 3 saylı uşaq evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib. Xətai RiH-in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edənlər uşaqları təbrik etmiş, оnların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili və qayğılarının daim ölkə rəhbərliyinin daim diqqətində olduğunu söyləmişlər.
Uşaq evinin rəhbərliyi diqqət və qayğıya görə minnətdarlıq etmiş və onları unutmadıqlarına görə müəssisənin kollektivi və sakinləri adından Xətai bələdiyyəsinin bu addımına razılığını bildirib. Uşaqların iştirakı ilə bayram şənliyi keçirilib və hədiyyələr paylanılıb.
Tədbirdə həmçinin Xətai RiH-in nümayəndəsi Mehman Tarverdiyev və Xətai bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva çıxış edərək Uşaq Evinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevə və Heydər əliyev Fondunun Prezidenti Mehriban xanım əliyevaya dərin minnətdarlığını bildirmişlər.
Tədbirin sonunda incəsənət ustaları maraqlı proqramla çıxış ediblər.
|
|
|
|