Xətai bələdiyyəsi bu günlərdə yeni layihəyə start verib. Bu barədə Belediyye.infoya məlumatı Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib.
Sədrin sözlərinə görə, Xətai RiH-in təşəbbüsü və Xətai bələdiyyəsinin təşklatçılığı ilə General əliağa şıxlinski küçəsində əhalinin sıx məskunlaşdığı ərazidə gercəkləşdiriləcək layihə çərçivəsində istirahət parkı salınacaq, o cümlədən II Qarabağ müharibəsi zamanı şəhid olmuş rayon sakini əsgərov Rüfət Mürvət oğlunun xatirəsinə həsr olunmuş abidə ucaldılacaq.
Layihə çərçivəsində park üçün ayrlılmış ərazidə abadlaşdırma işləri aparılacaq, səkilər salınacaq, mövcud yaşıllıqlar bərpa ediləcək, yeni yaşıllıq zolaqları yaradılacaq, gənclərin sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müasir əyləncə qurğuları yerləşdiriləcək, futbol meydançaları və idman alətlərindən ibarət kiçik meydançalar salınacaqdır. Bunun üçün artıq ilkin olaraq təmizlik işləri aparılmış, dəmir-beton quraşdırma işləri həyata keçirilməkdədir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün ərazidə 5 ədəd söhbətgah və 30-dan artıq oturacağın quraşdırılması da nəzərdə tutulmuşdur.
Yeni yaradılacaq kompleksdə təhlükəsizlik kameralarının quraşdırılması planlaşdırılır.
E. Vəliyevin sözlərinə görə, Xətai rayon icra hakimiyyəti tərəfindən hazırda rayonun ayrı-ayrı ünvanlarında bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Bizdə bələdiyyə olaraq, həmişə olduğu kimi, rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində növbəti irimiqyaslı layihəni həyata keçirməklə görülən işlərə öz töhvəmizi vermək niyyətindəyik.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|