"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xətai bələdiyyəsinin sədrini tanıyaq

--2017-04-11 / 20:56
əliyev əliyar Məcid oğlu 1954-cü ilin sentyabrın 27-də Gürcüstan Respublikasının Dmanisi rayonununda anadan olub.
1971-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun əzizbəyov kənd orta məktəbini bitirib.
1972-1974-cü illər ərzində hərbi xidmətdə qulluq edib.
1975-1977-ci illərdə Bakı Maliyyə-Kredit texnikumunun qiyabi şöbəsində oxuya-oxuya Amasiya rayon Dövlət Sığorta idarəsində müfəttiş vəzifəsində işləyib.
1986-cu ildə Moskva Kooperativ institutunun iqtisadiyyat fakültəsinin qiyabi şöbəsini bitirib.
1977-1988-ci illər ərzində Amasiya rayon Tədarük idarəsində baş mühasib vəzifəsində işləyib.
1988-1999-cu illər ərzində Bakı şəhərində «Azərenerjitikinti» Trestinin nəzdində olan Fəhlə Təchizatı idarəsində müfəttiş, baş mühasib, müstəqil «Zəhmətkeş» kooperativində baş mühasib,  «Ağbaba-92» kiçik müəssisəsində direktor, «Kurort» Səhmdar Cəmiyyətinin Kommersiya idarəsində rəis, 20 saylı çörək zavodunda baş mühasib vəzifələrində çalışıb.
1999-cu ildə ilk bələdiyyə seçkilərində, 2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilib.

Hazırda Xətai bələdiyyəsinin sədri vəzifəsində çalışır.
Heç bir siyasi partiyanın üzvü deyil.
Evlidir, 2 övladı var.

 

ŞƏRHLƏR