Düz beş il bundan öncə, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərimizidən 36245 səs alaraq birinci pillədə yer tutub ikinci dəfə Xətai rayonun bələdiyyəsinə üzvü seçildim. Bələdiyyənin Sosial və Ekolaji Məsələlər Daimi komissiyasında 5 il müddətində fəaliyyətim barədə seçicilərimizə hesabat-məlumatı təqdim edirəm. Hər şeydən öncə bir vətəndaş və bələdiyyə üzvü kimi fəaliyyətimin əsasını dövlətimizin, prezidentimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyən mövqemi əsk etdirən layihələr tutdu. Özüm gənc qadın bələdiyyə üzvü olduğuma görə layihələrimin əsas hədəf qrupları gənclər, qadınlar və uşaqlar oldu. Həyata keçirdiyim ekaloji, sosial-mədəni, marifləndirici layihələr, sərgilər və eksursiyaların əsas məqsədi gənclərin, qadınların, uşaqların bilik və bacarıqlarının üzə çıxarılması,maarifləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, insan resurslarının inkişafına təkan vermək oldu. Həmin layihələri Sizə təqdim edirəm:
“ədəbi Niyyət( Nəsimi ili çərçivəsində Azərbaycan Yazıçılar Birliyində 26 nəfər məktəblini gənc şair və yazarlarla görüşünü təşkil etmişəm)
Tədbrilərimizdə bir sıra QHT lər ilə əməkdaşlıq etmişəm. Layihələrimi, təşəbbüslərimi Bələdiyyə. info və digər xəbər saytlarında, televiziyada işıqlandırmışam. Dövlətimizin, prezidentimizin yürütdüyü uğurlu islahatları sosial şəbəkə vasitəsi ilə təbliğində aktiv iştirak etmişəm. Qarabağ həqiqətlərinin, şəhidlərimizin, qazilərimizin tanidilması yönümdə sosial şəbəkələrdə paylaşımlarda bulunmuşam. Layihələrimə hər zaman dəstək olan Xətai rayon icra hakimiyyətinə, Xətai Rayon Bələdiyyəsinə, Xətai rayon Gənclər və idman idarəsinə öz dərin minnətdarlığımı bildirirəm.
Bələdiyyə üzvü kimi iştirak etdiyim Beynəlxalq və regional konfranslar:
Azərbaycan Respublikası ədliyyə Nazirliyinin ədliyyə Akademiyyasının təlimlərinin, həmçinin Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Almaniya Beynəlxaq əməkdaşlıq Təşkilatının (GiZ) birgə təşkilatçılığı ilə paytaxt Bakıda və şəmkirdə həyata keçirdikləri bir sıra təlim və tədbirlərin iştirakçısı olmuşam.
Özfəaliyyətimlə yanaşı ölkəmizdə və rayonumuzda həyata keçirilən bir çox tədbirlərdə həvəslə iştirak etmişəm. Amma bu tədbirlər arasında mənim üçün ən yadda qalanı cənab prezident ilham əliyevin və Vitse-prezident Mehriban xanım əliyevanın iştirakı ilə olan Azərbaycan Xalq Cümhuriyyətimizin 100 illiyinə həsr olunan möhtəşəm konsert tədbri və rayonumuzda 10 minlərlə insanın qoşulduğu, yeni salınan Gənclik parkındakı “ Təbiət naminə birləş,Həyat naminə Birləş!”, adlı ağacəkmə kampaniyası olmuşdur.
Bütün bu fəxarəti yaşadığma görə təməli Ulu Öndər Heydər əliyev tərəfindən qoyulmuş və prezident ilham əliyev, vitse-prezident Mehriban xanım əliyeva tərəfindən uğurla daha güclü inkişafa yönləndirilən Azərbaycan Dövlətimə minnətdaram. Mən yeni və güclü azərbaycanın vətəndaşı olmaqdan qürur duyuram. Hər zaman dövlətimizə xalqımıza, seçicilərimizə vicdanla,ləyaqətlə xidmət etmək üçün hazıram!