"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xətai bələdiyyəsinin üzvü təkliflə çıxış edib

--2018-01-09 / 06:17

Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayeva sosial şəbəkədə maraqlı təkliflə çıxış edib. Bələdiyyə üzvünün təklifini olduğu kimi təqdim edirik.

“Bu gün bələdiyyələrin statusu və səlahiyyətləri artırılır. Bəzi ödənişli yolların və qəbirstanlıqlarla bağlı təşkilati məsələlərin bələdiyyələrə verilməsi bələdiyələrə göstərilən etimaddir.

Bu fürsəti dəyərləndirərək bir bələdiyyə üzvü kimi təklif edirəm ki, səkildə gördüyümüz nümunəvi addımı bələdiyyələr də həyata kecirsin.

Vətən uğrunda canından keçən şəhid oğullarımızın məzarlarının ətrafında bayraqlar yerləsdirilməsi bələdiyyələr tərəfindən həyata keçirilsin.

Qeyd edim ki, bu günə qədər Xətai bələdiyyəsi aprel döyüşlərində həlak olan şəhidlərin yas, dəfn mərasimində fəal iştirak etmis, vətənpərvərlik, şəhidlərin xatirəsini yad edən tədbirlər həyata keçirmisdir.”

Belediyye.info 

ŞƏRHLƏR