"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xətai rayonunda şəhid və qazi ailələri ziyarət edilib

--2022-03-17 / 10:11

Novruz bayramı münasibətilə Xətai RiH-in və Xətai bələdiyyəsinin nümayəndələri birgə rayon ərazisində yaşayan şəhid və qazi ailələrini ziyarət ediblər.

Bayram münasibəti ilə şəhid və qazi ailələrini təbrik edən rayon icra hakimiyyəti aparatının ictimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah imanov və Xətai bələdiyyəsinin sədr müavini Nərminə Hacıyevə ölkəmizdə şəhid və qazi ailələrinə gostərilən dövlət qayğısı, tarixi Zəfərimiz haqda danışıblar.

Görüşlərdə bələdiyyə üzvləri və qulluqçuları da iştirak ediblər/

Xətai bələdiyyəsi 

ŞƏRHLƏR