"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 2022-ci ilin birinci yarımilində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABAT

--2022-07-27 / 20:36

Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 2022-ci ilin birinci yarımilində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında

 HESABAT

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və onların icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər arasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 11 ümumi iclas keçirilərək 27 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Geridə qoyduğumuz 2022-ci ilin birinci yarımili ərzində ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. COViD-19 pandemiyası hal-hazırda da yaşanmaqdadır. Binə bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2022-ci ilin birinci yarım ili üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib, real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyicilərinə mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. 2022-ci ilin birinci yarımili ərzində bələdiyyə büdcəsinə 77294 manat gəlir daxil olmuş, xərclər 67253 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən- 5544 manat, torpaq icarəsindən 4200 manat, əmlak vergisi- 52300 manat, dotasiyadan-15000 manat , digər gəlirlər-250 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-24345 manat, DSMF-6155 manat, bələdiyyənin saxlanmasına- 3471 manat , sosial yardımlar üzrə ödənişlər- 14030 manat, abadlıq- quruculuq təmir işlərinə 12200 manat ,   qəbristanlıqların saxlanılmasına- 6000 manat xərclənmişdir.

ərazidə hesabat dövründə keçmiş Hövsan südçülük sovxozu, Donuzkökəltmə sovxozu, N.Abbasov küçəsi, Xəqani küçəsi, Dəmiryolçular küçəsi, V.Mirzəyev küçəsi və sair küçələrin təmirinə və məhəllə yollarının qreyderlə hamarlanmasına, abadlıq, quruculuq işlərinin aparılmasına, şəhid Abbasov Aslan Vəliyəddin oğlunun ailəsinin yaşadığı evin hər ay kirayə haqqının ödənilməsinə, Vətən müharibəsində həlak olmuş şəhid əsgərov Rüfət Qabil oğlunun xatirəsinə həsr olunmuş müvafiq tədbirlərin həyata keçirilməsindən ötrü otaq tikilməsi üçün lazım olan tikinti materiallarının alınmasına, Binə qəsəbəsində yerləşən məzarlığın ətrafında yaşayan əhalinin gediş-gəlişi üçün həmin məzarlığın hasarının sökülüb yenidən tikilərək yolun genişləndirilməsinə, Birinci Qarabağ müharibəsində şəhid olmuş Rizvan Məmmədhüseynovun qəbrinin yenidən götürülməsinə, Ulu öndər Heydər əliyevin anım günü münasibətilə keçirilmiş güləş yarışmasının qaliblərinə müxtəlif hədiyyələr alınmasına, Qurban bayramı münasibətilə 1-ci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələrinə maddi yardım olunmasına maliyyə vəsaiti ayrılmış və xərclənmişdir.

Ümumiyyətlə inzibati ərazidə Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən tədbirlər görülür.

Xəzər rayon Binə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, 2022-ci il birinci yarımil ərzində vətəndaşlardan daxil olmuş 355 müraciət qeydə alınmışdır.

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 102 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi də həyata keçirilir.

Bələdiyyədə 012-456-08-98 telefon nömrəsi fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır və müvafiq tədbirlər görülür. Bayram və qeyri-iş günləri həmin telefon nömrəsi vasitəsilə növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “ictimai-Humanitar Məsələləri sektor”u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.

Binə bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, bayram münasibətilə təbrik olunublar. 21 Mart Novruz bayramı münasibəti ilə tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində yaşayan 23 şəhid ailələri il boyu ziyarət edilmiş, bayram sovqatları verilmiş, ailə üzvlərinə bayram sovqatları təqdim edilmişdir. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan şəhid ailələri, qazilər, çoxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları paylanılmışdır.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

20 Yanvar günü və Novruz bayramı ərəfəsində bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmiş, qəsəbəmizdə yerləşən şəhidlər Xiyabanı ziyarət edilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xəzər rayon Binə bələdiyyəsi 2022-ci ilin birinci yarımili üçün nəzərə tutulmuş hesabatı bələdiyyənin inzibati ərazisində yaşayan vətəndaşlara və media orqanlarına elan, internet saytı və.s vaistələrlə çatdırır.

H.S.Həmidov

Xəzər rayonu, Binə bələdiyyəsinin sədri                                              

ŞƏRHLƏR