Xəzər rayonu Qala bələdiyyəsinin 2022-ci ilin
6 ayı üzrə gördüyü işlər haqqında
H E S A B A T I
Bələdiyyənin büdcəsi qəsəbə sakinlərindən yığılan torpaq və əmlak vergisi ödənişlərindən formalaşır ki, Qala bələdiyyəsi toplanan məbləği qəsəbənin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyacı olan yerli sakinlərin problemlərinin həllinə yönəltməklə bir çox işlər görmüşdür.Belə ki:
Bələdiyyənin ekoloji proqramına uyğun olaraq qəsəbə ərazisindəki ağacların dibləri yabani otlardan təmizlənmiş və suvarılmışdır.Qala qəsəbəsinin 4 yol dairəsi ərazisində və 843 saylı hərbi hissənin yaxınlığındakı yeni əkilmiş ağaclar mövsüm əlaqədar günaşırı suvarılmış və onlara aqrotexniki qulluq edilmişdir.
Qəsəbə ərazisindən məişət tullantılarının və zibilin yığılaraq daşınıb təyin olunmuş yerə boşaldılması gündəlik “Təmiz şəhər” ASC-nın köməkliyi ilə təşkil olunmuşdur.
Qəsəbədə bir çox abadlıq işləri aparılmaqla yanaşı Binə südçülük sovxozu ərazisində yeni tikilmiş 1400 nəfərlik məktəbə gələn magistral yoldan 3.5 km olan yolun sağ və sol tərəfindəki qalaqlanmış bərk məişət tullantıları və Qala-Zığ beton yolunun Qala qəsəbəsindən keçən hissəsində ki, yol kənarnda qalaqlanmış bərk məişət tullantıları tərəfimizdən texnika vasitəsilə yığılıb maşınla təyin olunmuş yerə daşınmışdır.Yardımlı rayonundan olan 2-ci Vətən müharibəsi şəhidi Cəfərli Cəfər Balacəfər oğlunun qardaşının Yeni massiv ünvanında yaşadığı evə gedən yoldakı gölməcədən su maşınla çəkilərək sahə qurudulmuş və həmin sahəyə 3 maşın karyer qumu tökülərək texnika vasitəsilə yayılmaqla küçə cari təmir olnmuşdur.
Vətən müharibəsi şəhidlərinin xatirə abidəsinin üzərindəlki qopmuş hərflər və bayraq bərpa edilmiş və əlavə 7 şəhidin şəkili hazırlanaraq abidədə yerləşdirilmişdir.
Qəsəbənin Dəmiryol küçəsində və Bakavtomat zavodunun yaxınlığındakı yaşayış ərazisindən qrunt sularının sovrulması üçün işlədilən su nasosları təmir edilmişdir.
“20 Yanvar” faciəsinin 32-ci ildönümü və şəhid Yaqubzadə Yaqub Eldəniz oğlunun doğum günü ilə əlaqədar bələdiyyə üzvləri və qulluqçuları tərəfindən şəhidlər Xiyabanını 2-ci Vətən Müharibəsi şəhidləri ziyarət edilərək məzarları üzərinə gül və bələdiyyə adından xatirə əklili qoyulmuşdur.
Bələdiyyənin sosial müdafiə proqramına uyğun olaraq Novruz bayramı münasibətilə qəsəbədəki 15 şəhid ailəsi ziyarət edilərək onların hər birinə 60 manat dəyərində Novruz sovqatı verilmişdir. Bundan əlavə Qala qəsəbə sakinləri Mehdiyev şahlar Ocaqqulu oğluna 50(əlli) manat, Orucov Nurlan Mübariz oğluna 100(yüz) manat, Hüseynov Məmmədnur Məlikməmməd oğlu 100(yüz) manat, Hacıyeva Gülşən Türyan qızına 50(əlli) manat, Məmmədova Aytın Misir qızına 50(əlli) manat məbləğində maddi yardım göstərilmişdir.
Bundan əlavə tərəfimizdən Azərbaycan Respublikası əlil Körpələrə yardım ictimai birliyinə 50 (əlli) manat və Azərbaycan Uşaq Fonduna 30 (otuz) manat məbləğində maliyyə dəstəyi göstərilmişdir.
Bələdiyyənin mədəni müdafiə proqramına uyğun olaraq Qala bələdiyyəsi “ 8 mart ” Qadınlar bayramı günü iə əlaqədar tədbir keçirmiş və bələdiyyənin 3 qadın işçisini mükafatlandırmışdır.
Qala qəsəbəsi üzrə vergi ödəyicilərinin uçotunun kompyüterdə qeydiyyata alınma işləri davam etdirilir.
Bələdiyyəyə müxtəlif idarə və təşkilatlardan 2022-ci ilin 6 ayı ərzində 60-məktub daxil,83-məktub isə xaric olunub, yazılı və şifahi müraciət edənlərin sayı 70 nəfərdir. Qəsəbə sakinləri tərəfindən edilmiş müraciət əsasında vətəndaşlara 380 arayış verilmişdir.
Bələdiyyəyə daxil olmuş bütün məktub və müraciətlər tərəfimizdən vaxtında qanunvericiliyə uyğun olaraq cavablandırılmışdır.
Bələdiyyə üzvlərinin 2022-ci ilin 6 ayı ərzində 8 iclası keçirilib ki, həmin iclaslarda müxtəlif məsələlər müzakirə olunmaqla hər biri haqqında müvafiq qaydada qanunvericiliyə uyğun qərar qəbul edilməklə həmin qərarlar icra olunmuşdur.
2022-ci ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə 32.391 manat vəsait daxil olmuşdur. 01.01.2022-ci ilə büdcə qalığı 360 manat olmuşdur. Ümumilikdə 2022-ci ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə daxil olan vəsait 32.751 manat təşkil edir ki, 2022-ci ilin 6 ayı ərzində həmin vəsait sakinləri maddi yardımına, qəsəbənin abadlığ işlərinə, enerji, sosial-müdafiə fonduna, Vergilər Departamentinə, həmkarlara, əmək haqqına, Silahlı Qüvvələrin Yardım Fonduna və digər aşağıda qeyd olunan xərclərə sərf olunmuşdur.
Xəzər rayonu, Qala bələdiyyəsi