"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən 2022-ci ilin 6 ayı ərzində görülmüş işlər haqqında HESABAT

--2022-07-20 / 18:31

Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən 2022-ci ilin

6 ayı ərzində görülmüş işlər haqqında

 HESABAT

 Hesabat dövründə hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən 10 ümumi iclas keçirilərək 53 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Zirə bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilir. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

 Xəzər rayon Zirə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş _70_müraciət qeyd edilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                                  64    

Maddi yardım                                                                                                  7      

Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar                                    60    

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                              4 

Müraciətlərin __70__ müsbət həll olunub             

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş _56_məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” də (telefon 456-84-94) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə  46 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən  32 nəfər.

Qəsəbə ərazisində əkilmiş ağaclara mütəmadi olaraq qulluq edilmişdir.

Bələdiyyə tərəfindən “20 Yanvar” şəhid ailəsi əskərova Dilşad əli qızına, “20 Yanvar” əlilləri Rzayev Elxan islam oğluna və Məmmədov Sahib Xanəhməd oğluna 100 manat məbləğində maddi köməklik göstərilmişdir.

Qəsəbə sakini “20 Yanvar” əlili əmirova Almaz əzizağa qızına ərzaq yardımı göstərilmişdir.

20.01.2022-ci il tarixdə qəsəbədəki 16 nəfər qazilərə, xəstələrə və imkansızların hər birinə 1 kq. şəkidə ət məhsulu paylanmışdır.

16.02.2022-ci il tarixdə Zirə bələdiyyəsində Xəzər rayon Ağsaqqallar şurasının sədri Hacı Rövşən Salayevin iştirakı ilə ağsaqqallarla görüş keçirilmişdir. iclasda “Zirə Yardımlaşma” cəmiyyətinin fəaliyyətinə yüksək qiymət verilmiş və üzvləri fərqlənmə diplomları ilə təltif olunmuşlar.

07.03.2022-ci il tarixdə bələdiyyə tərəfindən Zirə magistral yolunun kənarında əkilmiş ağacların gövdələrinə çəkilməsi üçün əhəng alınmışdır. Hal-hazırda ağacların əhənglənməsi işləri davam edir.

11.03.2022-ci il tarixdə Zirə qəbiristanlığında 50 ədəd qızıl gül kolları alınıb və əkilib.

Koronavirus pandemiyasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə bağlı Zirə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində müvafiq tədbirlər görülmüş və sakinlər arasında maarifləndirmə işləri aparılmışdır. Qəsəbə sakinlərinin qoruyucu vasitələrdən istifadə edilməsi və sosial məsafə saxlanılması ilə bağlı təbliğat işləri aparılmışdır. Qəsəbədəki mağazalarda və digər obyektlərdə karantin rejiminə əməl olunması ilə bağlı monitorinqlər keçirilmişdir. Covid-19 virusuna yoluxmuş sakinlərlə mütəmadi olaraq telefon əlaqəsi saxlanılmış, onların vəziyyəti ilə maraqlanılmış, evdə qalmaları və qaydalara əməl etmələrinə nəzarət olunmuşdur.

Zirə qəsəbə sakinləri arasında və qəsəbədəki müəssisələrdə çalışanların koronovirusa qarşı peyvənd vurulması ilə əlaqədar maarifləndirmə və təbliğat işləri aparılmışdır.

Bələdiyyənin sosial proqramına əsasən 1 imkansız ailəyə maddi köməklik göstərilmişdir.

Valideyn himayəsindən məhrum olan, xəstə və aztəminatlı ailələrin övladlarına köməklik məqsədilə Azərbaycan Uşaq Fonduna maliyyə dəstəyi göstərilmişdir.

04.04.20222-ci il tarixində Zirə bələdiyyəsi tərəfindən qəsəbədə 12 nəfərin (qazilər,xəstələr və imkansızlara) hər birinə 1 kq çəkidə ət məhsulu paylanmışdır.

19.04.2022-Zirə bələdiyyəsi tərəfindən ağacların gövdələrinə çəkilmək üçün əlavə olaraq əhəng alınmışdir.

Aprel ayında iki nəfərə şabanova Vüsalə əlövsət qızınz 150 manat və birinci Vətən Müharibəsi veteranı Cabbarov Mayis Sabir oğluna 100 manat məbləğində maddi yardım edilmişdir.

18.05.2022-ci il tarixində Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları tərəfindən tərəfindən Zirə bələdiyyəsində seminar keçirildi. Seminarda Zirə, Qala və Türkan bələdiyyələrinin sədrləri və məsul işçiləri iştirak etmişlər.

May ayında şəhid Rzayev Vüqar Rauf oğlunun anası Rzayeva Sara israfil qızına 150 manat, Zirə südçülük sovxozu ərazisində yaşayan əlil Saydiyev ismət Neymət oğluna 250 manat məbləğində maddi yardım verilmişdir.

26.04.2022-ci il tarixində qazi Abdullayev Hüseyn Etibar oğlunun müraciətinə əsasən atasının qəbir daşının qoyulmasına 1500 manat məbləğində vəsait ayrılaraq ağ mərmərdən qəbir daşı bələdiyyə tərəfindən quraşdırılıb.

 04.06.2022 ci il tarixində ikinci Vətən Müharibəsi şəhidi Novruzov şəhnin şahlar oğlunun Zirə qəsəsbəsində xatriə “Bulaq kompleksinin” açılışında bələdiyyə işçiləri də iştirak etmişlər.

iyun ayında şəhid Qədirov Emin Asif oğlunun xatirə “Bulaq” kompleksinin quraşdirilması üçün anası Qədirova iradə Həsənovnaya 300 manat məbləğində yardım edilmişdir.

iyun ayında həmçinin Zirə südçülük sovxozunun ərazisində yaşayan Saydiyeva Yamayilə Kamandar qızına 5 yaşlı qızının əlil olmasına görə 250 manat vəsait ayrılmlışdır.

Zirə qəsəbə qəbirstanlıqında 50 ədəd qızılgül kolları əkilmişdir

Xəzər rayon Zirə bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.

Xəzər rayon Zirə bələdiyyəsi 

ŞƏRHLƏR