"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xəzər rayonu Zirə bələdiyyəsinin 6 ayı ərzində gördüyü işlər haqqında HESABATI -TAM MəTN

--2018-07-30 / 16:28

Zirə bələdiyyəsi tərəfindən 2018-ci ilin altı ayı ərzində mühüm işlər görülmüş, qəsəbə sakinlərinin bəzi problemləri həll edilmiş və eyni zamanda bir çox tədbirlərin təşkilində yaxından iştirak edilmişdir.

“20 Yanvar” faciəsinin iyirmi səkkinci ildönümü ilə əlaqədar bələdiyyə üzvləri tərəfindən şəhidlər Xiyabanı” ziyarət edilmişdir.

Bələdiyyə tərəfindən “20 Yanvar” şəhid ailəsi əskərova Dilşad əli qızı, “20 Yanvar” əlilləri Rzayev Elxan islam oğlu və Məmmədov Sahib Xanəhməd oğlunun hər birinə 50 (əlli) manat məbləğində maddi yardım göstərilmişdir. 50(əlli) manat yardım və ərzaq köməklik olunmuşdur.

“Xocalı soyqrımı” hadisəsi ilə əlaqədar anım mərasimi təşkil olunmuş və “Xocalı soyqrımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə bələdiyyə qulluqçuları və üzvləri tərəfindən ziyarət edilmişdir.

“8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə bələdiyyənin qadın kollektivi təbrik edilmişdir.

Xəzər rayonu Mərdəkan parkında 19 mart 2018-ci il tarixdə keçirilmiş ümumrayon “Novruz bayramı”nın yüksək səviyyədə təşkil edilməsinə köməklik göstərilmiş və bayram tədbirində bələdiyyə nümayəndələri iştirak etmişdir.

“31 mart Azərbaycanlıların soyqırım günü” ilə əlaqədar Xəzər rayon Mərdəkan qəsəbəsində keçirilən tədbirdə Zirə bələdiyyəsindən nümayəndələr iştirak etmiş və türk əsgərinin məzarı ziyarət edilmişdir.

11 aprel 2018-ci il tarixində Prezident seçkiləri Zirə qəsəbəsində yüksək səviyyədə keçirilmişdir. Seçkilərin nəticəsi ilə bağlı 12 aprel 2018-ci il tarixində “Heydər əliyev Mərkəzində ” keçirilən tədbirdə bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdir.

25 may 2018-ci il tarixində Mərdəkan Mədəniyyət evində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə Zirə bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.

15 iyun 2018-ci tarixində Zirə Eko park mədəniyyət mərkəzində Qurtuluş günü munasibətilə keçirilən tədbirdə Zirə bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak ediblər.

Qəsəbə sakinlərinin Xəzər rayonunun mərkəzinə, Mərdəkan qəsəbəsinə birbaşa marşrut xəttinin açılması barədə çoxsaylı şifahi müraciətlərini nəzərə alaraq, qeyd olunan problemin həll olunması məqsədilə, “Zire-Line” MMC ilə birlikdə marşrut xəttinin açılması təşkil edilmişdir. H.əliyev Fondu tərəfindən əvəzsiz olaraq Zirə bələdiyyəsinə verilmiş KARSAN ATAK markalı, 2 ədəd sərnişin avtobusları “Zire-Line” MMC ilə bağlanmış icarə müqaviləsi əsasında yeni açılmış marşrut xəttində istifadəyə verilmişdir.

Bələdiyyənin sosial proqramına əsasən on bir nəfər qəsəbə sakininə maddi köməklik göstərilmişdir.

Qəsəbə sakinlərinin şifahi müraciəti əsasında qəsəbədəki avtobus dayanacaqları və dayanacaqlardakı oturacaqlar təmir olunaraq rəglənmişdir.

Qəsəbədaxili küçələrdə əkilmiş ağaclar bələdiyyə tərəfindən su alınaraq suvarılmışdır.

Təmirə ehtiyacı olan qəsəbə daxili torpaq yollara daş tozu tökülərək texnika vasitəsilə yaydırılmışdır.

Zirə qəsəbəsində yeni salınmış qəbiristanlıqda köməkçi tikililər tikilərək təmir olunmuş və həmin tikililərə su xətləri çəkilmişdir.

Qəsəbənin Ağamalıoğlu küçəsinin yol kənarı bardyurları rənglənmişdir.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yübileyi munasitilə bələdiyyə işçiləri mükafatlandırılmışdır.

Zirə bələdiyyəsi üzrə vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilib qeydiyyata alınması davam etdirilir. Zirə qəsəbə sakinləri ilə görüş təşkil olunaraq onlara 2018-cı ilin altı ayı ərzində görülən işlər, büdcəyə daxilolmalar və xərclər barədə hesabat verilmişdir.

Zirə bələdiyyəsinə müxtəlif idarə və təşkilatlardan 2018-ci ilin altı ayı ərzində 37 məktub daxil olmuş və 79 məktub göndərilmişdir.                      

11 nəfər vətəndaş isə yazılı və şifahi müraciət etmişdir. Qəsəbə sakinlərinə 16 arayış verilmiş və 3 daxili əmr yazılmışdır. 1 telefonoqramma qəbul edilmişdir.

Zirə bələdiyyəsinə daxil olmuş məktub və müraciətlərə vaxtında baxılmış və qanunvericiliyə uyğun şəkildə cavablandırılmışdır.

2018-ci ilin altı ayı ərzində bələdiyyə üzvləri ilə 7 iclas keçirilmişdir. Həmin iclaslarda müxtəlif məsələlər müzakirə edilərək hər biri haqqında müvafiq qərar qəbul edilmiş və icra olunmuşdur.

Zirə bələdiyyəsinin 01.01.2018-ci ilə büdcə qalığı 6095 manat 54 qəpik olmuşdur. 2018-ci ilin altı ayı ərzində bələdiyyə büdcəsinə 28514 manat 38 qəpik vəsait daxil olmuşdur.

Gəlirlərin 15744 manat 49 qəpiyini torpaq vergisi, 3319 manat 89 qəpiyini əmlak vergisi, 2850 manatını dotasiya, 6600 manatını isə icarə haqqı təşkil etmişdir.

Hesabat dövründə daxil olmuş vəsait bələdiyyə qulluqçularının əmək haqqına 8749 manat 82 qəpik, mükafata 550 manat, 22% DSMF-na 1990 manat 95 qəpik, dəftərxana və təsərüffat xərclərinə 114 manat 59 qəpik, rabitə xərcinə 239 manat 40 qəpik, elektrik enerji xərcinə 201 manat 18 qəpik, qaz xərcinə 151 manat 20 qəpik, abadlığa 9238 manat, inventara 600 manat, Asosiasiyaya 640 manat, maddi yardıma 1200 manat və sairə xərclərə isə 1153 manat 25 qəpik xərclənmişdir. Cəmi xərclər 24886 manat 04 qəpik təşkil etmişdir.

 Anar Hüseynli

Xəzər rayonu  Zirə bələdiyyəsinin sədri                          

 

 

 

ŞƏRHLƏR