"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xızı bələdiyyələri 2018- ci ildə il ərzində əmlak vergisinin həcmini 118 faiz artırıblar

--2019-07-03 / 05:42

Xızı rayonunda formalaşan 12 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 124.400 manat olub. Bu da 2017-ci illə müqayisədə 8.1 faiz artıq deməkdir. əldə edilən vəsitin isə 51.8 faizi bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Belə ki, bələdiyyələr ötən il ərzində 5200 manatlıq əmlak vergisi, 17.800 manatlıq torpaq vergisi, 8700 manatlıq mədən vergisi toplaya biliblər.

il ərzində reklam vergisi, dayancacaq rüsümu və fiziki və hüququ şəxslərdən maliyyə yardımları bələdiyyə büdcəsinə daxi lolmayıb.

Maraqlıdr ki, Xızı bələdiyyələri il ərzində əmlak vergisinin həcmini 118 faiz artırıa biliblər.

Qeyd edək ki, il ərzində 22.300 manat dövlət tərəfindən dotasiya ayrııb. Bütün istqamətlərdən ödənişin həcmində az da olsa artım hiss olunub.

2017-ci ildə bələdiyyələrin əldə etdikləri vəsaitin həcmi 115.100 manat olmuşdu.

Belediyye.info  

ŞƏRHLƏR