"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xızı bələdiyyələri ay ərzində nə qədər qazanıb?

--2016-07-15 / 00:09

Dövlət Statitika Komitəsinin məlumatına görə, Xızı  rayonunda formalaşan 12 bələdiyyə 2015 - ci ildəki büdcə daxilolmalarının həcmi 141 min manata bərabər olub. əldə olunan gəlirin  74 min manatı məhz dördüncü rübdə əldə  edilib.

Bu vəsaitin 13,9 min manatı torpaq vergisindən, 7,6 min manatı əmlak vergisindən 10,3 min manatı mədən vergisindən daxil olub.

Büdcə daxilolmalarının 61,6 faizi, yəni 86,9 min manatı bələdiyyə əmlkanın özəlləşdirilməsindən və torpağın icarəyə verilməsindən daxil olub.

On iki bələdiyyəyə il ərzində 22 min manat dotasiya daxil olub.

Xərclərə gəldikdə isə ümumi vəsaitin 78 faizi idarəetmə orqanlarının saxlanmasına, 77 min manatı digər xərclərə, 13,1 faizi isə mənzil kommunal xidmətinin saxlanmasına xərclənib.

Təhlıllər göstərir ki, 12 Xızı bələdiyyəsinin ay ərzində büdcədaxilolmalaırnın həcmi 979 manat olub.

Belediyye.info

ŞƏRHLƏR