"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xızı bələdiyyələri əmlak vergisnin həcmini 2 dəfə artırıb

--2021-04-23 / 09:02

Xızı rayonunda formalaşan 12 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 116.500 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində 40 faizədək azalma deməkdir.

Qeyd edək ki, 2019-cu ildə Xızı bələdiyyələrinin büdcə gəliri 184.100 manat olmuşdur.

əldə edilən vəsaitin isə 44.4 faizi yəni (51.700 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Xızı rayonunda formalaşan 12 bələdiyyə ötən il ərzində 6400 manatlıq əmlak vergisi, 21.600 manatlıq torpaq vergisi, 9.200 manatlıq mədən vergisi toplaya biliblər.

əlavə edək ki, ən çox artım əmlak və torpa vergisində toplanılmasında olub. əmlak vergisi 2.2 dəfə,torpaq vergisində isə 83 faiz artım müşahidə olunub.

Qeyd edək ki, il ərzində bələdiyyələrə 22.300 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Ötən il Xızı bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiəsələrdən mənfəət vergisi habelə, dayanacaq və kurort-sanatoriya rüsumu daxil olmayıb.

əlavə edək ki, büdcə gəlirlərində digər istiqamətlərdən 5.400 manat vəsait daxil olub.

Belediyye.info

ŞƏRHLƏR