Xızı rayonunda formalaşan 12 bələdiyyə 2017-ci il ərzində 115.100 manat maliyyə vəsaiti toplaya bilib.
Bu ötən ildəki rəqəmdən cəmi 2.5 faiz artıq deməkdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 16.9 faiz (19.500 manat), əmlak vergisinin həcmi 3.8 fazi (4.400 manat) olub.
12 bələdiyyə il ərzində mehmanaxana kurort-sanatoriya ödənişi, açıq məknada reklam yerləşdiriliməsindən və avtodayanacaqla bağlı nəzərdə tutulan rüsumu toplaya bilməyiblər.
il ərzində 12 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 22300 manat (19.4 faiz) təşkil edib.
Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 30.600 manat (yəni 26.6.%), icarəyə verilməsindən isə 28.200 manat (24.5%) maliyyə vəsaiti daxil olub.
Rayonda torpaq satışının həcmi 2016-cı illə müqayisədə 7.4 faiz artıb.
2016 cı illə müqayisədə ən çox mədən vergisinin yığımında olub. il ərzində bu istiqmətdəki artım57.1 fazir olub. Ümumilikdə bu maddə üzrə büdcə gəlirinin həcmi 10100 manat olub.
Digər maraqlı bir məqam ondadır ki, Xızı bələdiyyələri yığıdıqları maliyyə vəsaitinin 72.5 faizini yerli orqanların saxlanmasına xərcləyiblər.
Belediyye.info