sorğu
Belediyye.infoya daxil olan məlumata görə, 23 sentyabrda Xızı bələdiyyəsinin növbəti iclasında sədr vəzifəsinə Xaliq Qasımov seçilib.
1980-ci il təvəlldülü, ali təhsilli sədr bundan əvvəl rayon statistika idarəsi, gənclər və idman idarəsi və Qasımkənd inzibati ərazi vahidliyində baş mühasib vəzifələrində çalışıb.
2014-cü il bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilib.
Xatırladaq ki, 2000-ci ildən bələdiyyə sədri vəzifəfsində çalışmış Mövsüm Bağirov rayon mədəniyyət və turizm şöbəsinə müdir təyin edildiyindən bir müddət əvvəl vəzifəsindən istefa vermişdi.
Belediyye.info