Belediyye.info AzərTAca istinadən xəbər verir ki, Xızı rayon icra Hakimiyyətinin təşəbbüsü, Sitalçay bələdiyyəsinin və Xızı Rayon icra Hakimiyyəti başçısının Sitalçay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Sitalçay kəndində əlabbas ələkbərov küçəsində şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə “şəhidlər Bulağı” kompleksinin açlışı mərasimi keçirilib.
Yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Ağaəhmədov Elnur Fəxrəddin oğlu, Məcidov Rafiq Rasim oğlu və Birinci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan ibrahimov Mirzə Qəzənfər oğlu, Allahverdiyev Nicat Xələf oğlu və ələkbərov əlabbas Canmirzə oğlunun xatirələri əbədiləşdirilib.
Kompleksin açılış mərasimində Xızı Rayon icra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, kənd sakinləri və Sitalçay bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, hərbçilərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıblar.
Xızı Rayon icra Hakimiyyətinin başçısı Xəzər Aslanov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin xatirəsi daim xatırlanacaq. işğal edilən torpaqlarımız məhz onların göstərdiyi şücaət nəticəsində azad olunub.
Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə Ordumuz bir daha dünyaya qüdrətini sübut edib, şəhidlərimizin qanı yerdə qalmayıb. şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.
şəhid ailələri və Qarabağ qaziləri onlara göstərilən diqqət və qayğıya görə Prezident ilham əliyevə və Birinci vitse-prezident Mehriban xanım əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|