"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Xocalı – dərdim mənim"- MəRDəKAN BəLəDiYYəSi TəDBiR KEçiRiB

--2019-02-22 / 14:06

Soyqırım gününün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma Vətənə sevgi, onlar arasmda milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar, qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin şagirdləri arasında    22 fevral 2019-cu il tarixdə 1100 da "Xocalı – dərdim mənim" mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsnin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərdəkan bələdiyyəsinin sədr müavini Sevil Mansurova şagirdlərə 7 min əhalisi olan Xocalı şəhərində erməni vandalları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş cinayətlərdən məlumat verdi. şagirdlərin diqqətinə çatdırdı ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı təcavüzkar və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Qeyd etdi ki, Xocalı soyqırımı əsrin Xirosima, Nadasaki kimi ən dəhşətli faciələri ilə bir sırada dayanır.

Tədbirin sonunda rəsm müsabiqəsi qaliblərinə “Diplom”lar təqdim olunub.

 Mirbaba Miri oğlu Hüseynov

Xəzər rayonu Mərdəkan bələdiyyəsinin sədri

ŞƏRHLƏR