"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib

--2019-02-26 / 13:53

Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib.Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon icra Hakimiyyəti rəhbərliyinin adından başsağlığı verildi. Sakinlərin problemləri dinlənildi, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlərin görüləcəyi bildirildi. Xocalı həqiqətlərinin dünyada bilinməsi, bu faciənin soyqırımı aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığı qeyd edildi. Xocalılılar onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab ilham əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Belediyye.info

ŞƏRHLƏR