"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsi hansı layihəni həyata keçirir?

--2016-01-22 / 10:08

Binəqədi rayonu Xocasən bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin inzibati ərazisi olan Sulutəpə yaşayış massivində məhəllədaxili yolların çınqıl örtüyü ilə düzəldilməsi davam etdirilir. Hava şəraiti imkan verdiyi halda mart ayınadək bu layihənin başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Xocasən bələdiyyəsi Binəqədi rayonunda formalaşan beş bələdiyyədən birdir. Digər bələdiyyələrdən fərqli olaraq bu bələdiyyə 2003-cü ildə təsis edilib.

Belediyye.info

 

ŞƏRHLƏR