"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsi həftə ərzində hansı layihələri icra edəcək?

--2016-11-01 / 16:45

Binəqədi rayon Xocəsən bələdiyyəsi Azərbaycan Yerli Demokratiya Həftəsinə ciddi hazırlaşmışdır.

Bu barədə məlumat bələdiyyədən daxil olub.

Məlumatda bildirilir ki, həftənin əsas şüarı  vətandaşların yerli özünüidarəetmədə iştirakını təmin etməkdir.

Bələdiyyə 31 oktyabrdan qaynar xəttini facebook səhifəsində qeyd etmiş, poçt qutusunu isə vətəndaşların tənqid və təklifləri üçün bələdiyyənin girişində asmışdır.

Bundan başqa 5 gün ərzində nəzərdə tutulan tədbirlər ağsaqqallarla görüş,"Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində Bələdiyyə üzvüləri ilə birlikdə Xocəsən bələdiyyəsinin inzibati binasında açıq qapı günü elan edilməsi,"Bu gün müsəlman oldum " şüarı altında  aztəminatlı və himayə altında olan uşaqların sünnətidır.

Belediyye.info

ŞƏRHLƏR