Binəqədi rayonu Xocəsən bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifələrə 26.01.2016-cı il tarixdə müsabiqə elan edir. O cümlədən:
- Böyük mütəxəssis – 1 yer
- Vətəndaşların qəbulu və müraciətləri ilə iş üzrə mütəxəssis – 1 yer
- Müfəttiş – 1 yer
Namizədin müsabiqəyə buraxılması qaydası:
Müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30(otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:
- vahid forma üzrə ərizə (1 nömrəli əlavə);
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi hal;
- təhsil haqqında sənədin surəti;
- şəxsiyyət vəsiqəsinin surəti;
- əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
- sağlamlıq barədə arayış;
- hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;
- 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.
Müsabiqədə iştirak etmək arzusunda olanlar Xocəsən bələdiyyəsinin Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 7-ci döngə bina 100 ünvanındakı inzibati binasında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.
Sənədlər komissiya üzvü Həsənov Azər Hüseyn oğlu tərəfindən qəbul edilir.
Binəqədi rayonu Xocəsən bələdiyyəsi