"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsi seçicilərinin etmadını fəaliyyətiylə doğruldur

--2015-10-23 / 18:40

Xocəsən bələdiyyəsi 2003 -cü ildən fəaliyyətə başlamışdır. Hazırda bələdiyyə öz vəsaitiylə inşa edilən inzibati binasında   fəaliyyət göstərir.

Xocəsən bələdiyyəsinin ərazisi  5 inzibati ərazi vahidini Sulutəpə, Xocəsən, 28 May qəsəbələrini , “Motodrom” və “Çiçək”  yaşayış massivlərini əhatə edir.

ərazisi 18 km2 , əhalisi 21800 nəfərdən artıq, qeyri-rəsmi məlumata əsasən 50 000 nəfərə yaxındır. Bələdiyyə ərazisində Beynəlxalq Avtovağzal, 1 Universitet, Atıcılıq idman Kompleksi, Dağüstü Veloparkı, 4 məktəb, 2 baxça, 2 tibb məntəqəsi, kitabxana, klub, poçt, 4 sənaye, nəqliyyat, tikinti, məişət və digər müəssisələr yerləşir.

Cari ildə yeni formalaşan Xocəsən Bələdiyyəsində Məhəllə Komitələri və Ağsaqqallar şurası yaradıllb. Ağsaqqallar şurası və məhəllə komitələrinin üzvləri mütəmadi olaraq sakinlərlə görüşlər keçirir və mövcud problemlərlə maraqlanırlar. Ağsaqqallar şurasının görüşlərinin  keçirilməsi və sakinlərin istirahəti üçün xüsusi olaraq məkan yaradılıb.

əvvəlki illərdə formalaşmış bələdiyədən fərqli olaraq, 2014-cü il seçikərindən sonra formalaşan bələdiyyəyə 9 ay ərzində 720 müraciət daxil olub. Daxil olan bütün müraciətlərə baxılmış və mümkün köməklik göstərilib.

Xocəsən bələdiyyəsi sakinlərlə səyyar görüşləri keçirməyi unutmur. Mövcud problemlərlə yerindəcə tanış olan bələdiyyə üzvləri ərazidə yerləşən məktəblərdə şagirdlərlə də görüşlər təşkil edib.

Xocasən bələdiyyəsi əsas fəaliyyət istiqamətlərindən biri sosial yönümlü layihələrin icrasıyla bağlıdır.  Ramazan ayında oruc tutan sakinlər üçün iftar süfrəsi təşkil olunmuş, Mübarək Ramazan bayramı münasibətilə ərazidə yaşayan aztəminatlı ailələrlə  görüş keçirilmiş və onlara maddi yardımlar göstərilmişdir. Bundan əlavə Xocəsən bələdiyyəsinin inzibati ərazisində yaşayan 170 nəfər sakinə Qurban bayramının keçirilməsi ilə əlaqədar  "qurban payı" verilmişdir.

Bu il ölkəmizin həyatında baş verən ən yadda qalan, mötəbər hadisə olan  I Avropa Oyunları ərəfəsində idman yarışlarına olan marağı artırmaq məqsədilə gənclərlə bələdiyyədə görüşlər təşkil olunmuş və Avropa Oyunları barədə məlumatlar verilmişdir.

 Bələdiyyənin inzibati ərazisində hər gün mütəmadi olaraq təmizlik, abadlıq işləri aparılır və sakinlər üçün müasir taksi dayanacağı  tikilərək onların istifadəsinə verilmişdir.

2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı çərçivəsində işlər davam etdirilməkdədir. "Dövlət proqramları" çərçivəsində bələdiyyə ərazisində 13857 p/m qaz xətləri dəyişdirilmiş, 1270 m kanalizasiya xətti və ümumi sahəsi 21850 m2 olan asfalt örtüyü yenilənməsi həyata  keçirilmişdir.

  2015-ci il  Sentyabr ayı ərzində  Xocəsən bələdiyyəsinin inzibati  ərazisində müxtəlif məhəllə daxili yollara 20 “şadman” yük maşını qumlu çınqıl qatı verilmişdir.

Bakı-şamaxı yolunun sol tərəfində abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Həmin ərazidə 1530 m2 hasar müasir üzlüklərlə üzlənmiş, 1248 m2 hörgü işləri görülmüşdür. 15570 m2  yaşıllıq və dekorativ işlər həyata keçirilmiş, bu da bələdiyyə ərazisinin estetik görünüşün daha da zövqlü olmasına xidmət edir.

Bu gün ölkəmizdəki vəziyyət sübut edir ki, bələdiyyələr ölkənin tərəqqisində və  demokratiyanın inkişafında mühüm yer tutur. Bu tərəqqi bilavasitə, Respublikamızın prezidenti Cənab ilham əliyevin uğurlu siyasətinin nəticəsidir.

Qısa zaman kəsiyində bələdiyyəmizin ərazisində mövcud olan problemlərin uğurla aradan qaldırılacağına və bu ərazidə  yaşayan sakinlərin rahat və problemsiz həyat tərzi sürmələri üçün öz vəzifəmizi layiqincə yerinə yetirməklə bu tərəqqini davam etdirməyə çalışacağıq.

         Anar Abbasov

Binəqədi rayon Xocasən bələdiyyəsinin sədri

  

 

 

ŞƏRHLƏR