Binəqədi rayon Xocəsən bələdiyyəsinin ictimai humanitar sektorunun təşkilatçılığı ilə 217 saylı orta məktəbdə “Gəlin, gəncliyimizi qoruyaq!, Narkomaniyaya yox deyək!” devzi altında tədbir keçirilib.
Dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Məhz bu səbəbdən də qismən də olsa əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün gənclərə çatdırılması idi.
Tədbiri 217 saylı orta məktəbin direktoru Bənövşə Cəfərova açıq elan edib.
“Gəlin, gəncliyimizi qoruyaq!, Narkomaniyaya yox deyək!” devzi altında tədbirində 217 saylı məktəbin şagirdləri səhnəciklər və musiqi proqramı ilə çıxış ediblər.
Tədbirdə Xocəsən bələdiyyəsinin sədr müavini isbəndiyar Xankişiyev, Xocəsən sağlamlıq mərkəzinin baş həkimi Loğman əliyev və Binəqədi RiH-in Xocəsən Qəsəbəsi inzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Sonda Xocəsən sağlamlıq mərkəzinin baş həkimi Loğman əliyev gənc nəsilə öz tövsiyələrini verib.
Belediyye.info