"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsində ali məktəblərə yüksək bal toplayan şagirdlərlə görüş keçirilib

--2016-08-17 / 11:15

Xocəsən bələdiyyəsinin “ictimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində 2016-ci il üzrə ali məktəblərə yüksək bal toplayan şagirdlərlə görüş keçirilib. Bu barədə Belediyye.infoya məlumat Binəqədi rayon Xocasən bələdiyyəsindən daxil olub.

Keçirilən görüşdə Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Xocasən Bələdiyyəsinn sədri Anar Abbasov, icra Nümayəndəsi əlikram Haqverdiyev, yüksək bal toplayan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər.
Tədbiri açıq elan edən sədr Anar Abbasov şagirdləri salamlayaraq qəsəbə ərazisində şagirdlərin bu cür nəticə göstərmələrini yüksək qiymətləndirib.
Təhsildə yüksək nəticə göstərən şagirdləri, onların müəllim və valideynlərini təbrik edən Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova  bildirib ki, bu gün ölkə rəhbərliyinin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı əldə olunan nəticələrin təzahüründə özünü müsbət şəkildə göstərir.

Sonra çıxış edən şagirdlər, valideyn və  müəllimlər öz sevinclərini tədbir iştirakçıları ilə  bölüşərək təşəkkürlərini bildiriblər. Tədbirin sonunda şagirdlərə Xocəsən bələdiyyəsi tərəfindən təhsildə əldə etdikləri uğurlara görə təşəkkürnamələr təqdim edilib.

Belediyye.info

ŞƏRHLƏR