Binəqədi rayon Xocəsən bələdiyyəsinin ictimai sektorunun təşkilatçılığı ilə əməkdar məşqçi Ruslan şəmilov və "Azər-Güləş" idman klubunun gənc idmançıları ilə görüş keçirilib.
Görüşdə Xocəsən bələdiyyəsi sədrinin müavinləri isbəndiyar Xankişiyev və Mafəddin Hümmətov iştirak ediblər.
Görüş zamanı dövlət başçısı ilham əliyevin idmana göstərdiyi diqqət xüsusilə vurğulanıb.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı ilham əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanıb.
Daha sonra əməkdar məşqçi Ruslan şəmilov idmançılarının göstərdiyi nailiyyətləri qeyd edib. O, bildirib ki, "Azər-Güləş" idman klubunda 120 gənc idmanla məşğul olur. Teymur Məmmədov 2013- cü ildə Avropa çempionatında 1-ci yerə, Dünya çempionatında 3-cü yerə layiq görülüb.
Bundan başqa 2014 - cü ildə isə Gənc yeniyetmələr arasında Olimpiya çempionu, Orxan Abbasov 2015-ci ildə Dünya çempionatında 3-cü yerə, 2016-cı ildə dünya çempionatında 2-ci yerə, Asxab Həmzətov Avropa çempionatında 3-cü yerə layiq görülmüş gənclərdir. 2017-ci ildə Teymur Məmmədovun Avropa çempionu olması və s. nailiyyətlər qeyd edilib.
Belediyye.info