"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsində Milli Qurtuluş Günü qeyd edilib

--2016-06-15 / 22:10

Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov, bələdiyyə qulluqçuları və Binəqədi Rayon icra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları ilə  Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib.

iclası açıq elan edən sədr Anar Abbasov 15 iyun - Milli Qurtuluş Günü Ümummilli lider , görkəmli siyasi xadim, Heydər əliyevin adı ilə birbaşa bağlı olduğunu , beləki Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər əliyev xalqın ağır günlərində , respublikada ardı-arası kəsilməyən dəhşətli qanlı hadisələrdən , ölkədə tüğyan edən xaotik vəziyyətdən, vətəndaş müharibəsindən çəkinməyərək xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək , iyunun 9-da Bakıya gəldiyini , xilaskar missiyanı öz üzərinə götürən bu nəhəng şəxsiyyətin ömrünün Azərbaycan üçün fəda etdiyini bir daha sübuta yetirdiyini qeyd edib. Çıxışında sədr çıxışında həmçinin 1993- cü il iyunun 15-də Heydər əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyini, bu günün tariximizə Milli Qurtuluş Günü kimi daxil olduğunu və xalqın tələbi ilə Milli Məclis 1997 - ci ilin iyununda bu günü bayram elan etdiyini bildirib. Bələdiyyə sədri çıxışını Umummmilli Lider Ulu Öndər Heydər əliyevin statı ilə sonlandırmışdı.

" Mən həmişə fəxr etmişəm , indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”

Belediyye.info

ŞƏRHLƏR