Binəqədi rayon Xocasən bələdiyyəsində sədr dəyişikliyi baş verib.
Bu barədə Belediyye.infoya daxil olan məlumata görə, sədr Anar Abbasov başqa işə keçməsi ilə əlaqədar istefa ərizəsi yazıb.
Bu gün keçirilən bələdiyyə iclasında təşkilat məsələsinə baxılaraq Anar Abbasovun istefa ərizəsi qəbul edilib. iclasda bələdiyyənin icra katibi Məhərrəm əsgərov sədr vəzifəsinə seçilib.
Qeyd edək ki, Anar Abbasov bu vəzifəyə 2015-ci ilin yanvarında seçilmişdi.
Məhərəm əsgərov 1965-ci ildə şəmkir rayonunda anadan olub. əmək fəaliyyətinə 1984-cü ildə Seyfəli üzümçülük sovxozunda başlayıb.
1991-ci ildə Azərbaycan Politexnik institutunu bitirib, 2001-ci ildə Rusiya Dövlət Sərhəd Xidməti Moskva Hərbi institutunda hüquq təhsili alıb.
Bakı Sənaye Texnikumunda və “Odlar yurdu” universitetində çalışıb. Bir müddət sahibkarliq fəaliyyətiylə məşğul olub. 2009-cu idə bələdiyyə üzvü seçilib, 2010-cu ilin yanvarından sədr müavini, 2012-2014-cü illərdə isə sədr vəzifəsinə seçilib.
Qeyd edək ki, Anar Abbasov fəaliyyəti dövründə bələdiyyənin digər qurumlara əvvəl ki illərdə yaranmış borcların silinməsinə nail olunmuş və bir sıra ciddi layihələrə imza atılmışdır.
Xatırladaq ki, bu artıq Binəqədi rayonunda formalaşdırılan beş bələdiyyədə üçüncü sədr dəyişikliyidir.
Belediyye.info