sorğu
Binəqədi rayon Xocəsən bələdiyyəsinin ictimai-humanitar sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində yaşayan I, II qrup fiziki məhdud və aztəminatlı ailələrin uşaqları üçün gəzinti təşkil olunub. Bu barədə məlumatı Xocasən bələdiyyəsi yayıb.
Ekskursiya zamanı balaca fidanlar Bakı şəhər Zooloji Parka aparılıb, daha sonra balacalar üçün əyləncəli gün təşkil edilib.
Verilən məlumata görə, bələdiyyələr tərəfindən bu cür sosial aksiyaların keçirilməsinin əsas məqsədi fiziki məhdud və aztəminatlı ailələrin uşaqlarının asudə vaxtlarını düzgün təşkil etməkdir.
Məlumata görə bu cür sosial layihələr davamlı olacaqdır.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|